"ChatGPTnin yeni versiyası təqdim olunub

Bu gün, 16:28           
"ChatGPTnin yeni versiyası təqdim olunub
"OpenAI" şirkəti yeni süni intellekt modelini təqdim edib.

Oxu.Az xəbər verir ki, "o3-mini" adlanan model "ChatGPT" istifadəçiləri üçün ödənişsiz olacaq.

Qeyd olunur ki, "OpenAI" yeni modeli Çinin "DeepSeek" süni intellektinin populyarlığı fonunda planlaşdırıldığı müddətdən daha tez təqdim edib.

Xatırladaq ki, "ChatGPT" süni intellekti 2022-ci ilin noyabrında işə salınıb və elə ilk həftədə servisin istifadəçilərinin sayı 1 milyonu ötüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.