“Mədinə” tibb mərkəzində rüsvayçılıq

11-10-2016, 20:36           
“Mədinə” tibb mərkəzində rüsvayçılıq
Kamran Salayev: “Ödəniş etdiyin pullar heç bir halda geri qaytarılmayacaq, get nə bilirsən onu da et”

Özəl tibb müəssisələrində baş alıb gedən rüsvayçılıq və soyğunçuluq hallarının varlığını eşitdikcə, sanki dəhşətə gəlirik. Çünki, ölkəmizdə yayımlanan televiziya kanallarında çox zaman özəl tibb müəssisələrində əldə olunan uğurlardan bəhs olunur və aparılan təbliğatlar isə, elə bir formada təlqin edilir ki, sanki dövlət səhiyyə müəssisələrinin fəaliyyətləri kölgə altında qalır. Xüsusilə səhər saatlarında özəl klinikalardan həkimlərin televiziya kanallarına dəvət olunmaları və onların çalışdıqları klinikaların fəaliyyətindən ağızdolusu danışmaları, əksər hallarda sakinlərin aldadılmalarına da səbəb olur.

İndi keçək əsas mətləbə və “Mədinə” tibb mərkəzində qol qoyulan mədəniyyətsizliyin bəzi məqamlarını hər kəsin diqqətinə də çatdıraq. Belə ki, Bərdə şəhəri M.Nəsibov küçəsi ev-84 ünvanında yaşayan Əhmədov Üzeyir Rəhim oğlu redaksiyamıza yazdığı ərizəsində bildirir ki, “mən 2010-cu il təvəllüdlü övladım Əhmədli Elxan Üzeyir oğlunu həyat yoldaşımla birlikdə 2015-ci ildə “Medistair” klinikanın psixatoru olan İkram həkimin yanına gətirdik. Buna səbəb, övladımızın danışa bilməməsi və rayondakı həkimlərin onun dərdinə əlac edə bilməmələri oldu. İlk öncə İkram həkim Elxana baxaraq onda “autizm” xəstəliyinin olduğunu bildirdi və göndərişlə bizi “Mədinə” tibb“ mərkəzinə göndərdi. Adı çəkilən tibb mərkəzində baş həkim Kamran Salayev bizi qəbul etdi və övladımı müalicə edib sağaldacağını öhdəsinə də götürdü. Hətta, o, üzərinə belə bir öhdəlik də götürdü ki, tibb mərkəzinə ödədiyin pullar o halda geri qaytarılacaq ki, övladının problemini həll etmək mümkün olmasın. Beləliklə, ilyarım müddətinə Elxan Əhmədlinin müalicəsini həyata keçirsələr də, ondakı xəstəliyi müalicə edə bilmədilər. Amma, onu da vurğulayım ki, hər aylıq müalicəyə görə “Mədinə” tibb“ mərkəzinə 641$ pul ödəmişəm. Ümumilikdə, adı çəkilən tibb mərkəzinə ilyarım müddətinə 6500$ pul köçürmüşəm. Onu da vurğulayım ki, övladımın müalicəsini baş həkim Kamran Salayevlə bərabər, tibb mərkəzinin reablitasiya mərkəzində baş həkim vəzifəsini daşıyan Fidan Talışlı həyata keçiriblər.

Bundan əlavə, Üzeyir Əhmədov onu da bildirir ki, tibb mərkəzinə ödəniş edərkən mənə qəbz verirdilər və həmin qəbzləri yuxarı mərtəbəyə qalxarkən nəzarətçilər məndən alırdılar. “Mədinə” tibb“ mərkəzində həkimlər övladımı ilyarım müddətinə müalicə etsələr də, son anda heç bir nəticə olmadı. Belə olan halda başqa bir həkimi yanına getməli olduq və həmin həkimin qısa müddət ərzində həyata keçirdiyi müalicənin əhəmiyyəti də oldu. Müalicəni həyata keçirən həkimlə etdiyim söhbət zamanı o, vurğuladı ki, “Mədinə” tibb“ mərkəzində və digər özəl tibb müəssisələrində xəstələrin müalicəsi bilərəkdən uzadılır. Çünki, həkimlərin məqsədləri valideyinlərdən daha çox pul əldə etmək olur”.

Üzeyir Əhmədov yazmış olduğu ərizəsində onu da qeyd edir ki, “Mədinə” tibb“ mərkəzində övladımın müalicə olunmadığını gördüm və baş həkim Kamran Salayevdən ödəniş etdiyim pulların geri qaytarılmasını da tələb etdim. Mənim xərcim ilyarım müddətinə təkcə 6500$-la yekunlaşmır. Çünki, ilyarım müddətinə həyat yoldaşım və digər övladım da Bakı şəhərində qalmağa məcbur oldular ki, bu da əlavə xərc oldu. Bu gün də ödəniş etdiyim pulları geri qaytarmaq istəməyən Kamran Salayev “ödəniş etdiyin pullar qaytarılmayacaq, get nə bilirsən onu da et” deyir. Maraqlıdır, görəsən alıb aldatmaq zamanıdır, yoxsa...

Sən demə belə bir oyunların kökündə İkram həkimlə “Mədinə” tibb“ mərkəzi rəhbərliyi arasında imzalanan “centlement müqavilə”nin varlığı da əsas rol oynayır. Yəni, İkram həkim hər xəstəni qeyd olunan ünvana göndərməklə, qarşı tərəfdən “haqq-hesab” aldığından, bu cür olayların baş verməsi qaçılmaz olur. Açıqlamada adı çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik.

P.S. Hörmətli oxucular! Yaxın günlərdə “Mədinə” tibb mərkəzində baş verən digər rüsvayçılıq amillərinin varlığı ilə də, sizləri məlumatlandırmağa çalışacağıq. Bizi izləməyi unutmayın.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.