Cəlilabadda özü saxta "20 yanvar" əlili, oğlu isə saxta şəhid olan Hacı var - İTTİHAM /FOTOFAKT
12-10-2016, 00:33
Bir qədər əvvəl teref.az-nun poçtuna Cəlilabad rayon, Üçtəpə kənd sakin Ramzi bəy təfəindən Təhsil naziri Mikayıl Cabbarova ünvanlanmış şikayət məktubunun bir nüsxəsi daxil olmuşdu. Ramiz bəyin daha bir məktubu poçtumuza daxil olub.Məktubu teref.az sizə təqdim edir.
Şikayətçi yazır:
Müsəlman aləmində Məhərrəm ayı Peyğəmbər nəvəsi İmam Hüseynin şəhid edilməsi ilə anılır. Həmin zamandan bu günkü günə kimi Şəhid adı bizim üçün müqəddəs olmuş və hər kəs bu zirvəyə ehtiram etmişdir. Cənub bölgəsinin hər yerində olduğu kimi Cəlilabad torpağı da bu ada ehtiram göstərmişdi. Şəhid adına ehtiram etmək həm də bu adı saxta yolla əldə etmək istəyənlərə qarşı mübarizə ilə olunmalıdır. Amma çox təəssüf Cəlilabad rayon Göytəpə şəhərində şəhid adını saxtalaşdıran şəxsi hər kəs tanısada ona etiraz bildirməmişlər və hətta iş o yerə gəlmişdir ki, bu saxta şəhidin adını hörmətli tədris müəssisəsinə verərək oradakı şagirdlərə mənfi örnək oluruq. Bu barədə bir çox dövlət orqanlarına müraciət etsəmdə məsələ barəsində hər kəsin məlumatı olsada yenədə susurlar.
Şikayətçi teref.az-ya yazır, haqqında danışdığım şəxs sosial şəbəkələrdə üzəduran və yaltaq hacı kimi məşhurlaşan Mirşamil Mürsəlovdur. O, oğlu mərhum Mirəjdər Mürsəlovun hərbi xidmətdə ehtyatsızlıqdan elektrik cəryanı vurması nəticəsində həlak olmuşdur. Miraşamil Mürsəlov isə bu durumdan istifadə edərək sənədləri saxtalaşdıraraq oğlunu güllə yarasından vəfat edən kimi təqdim edərək mərhuma şəhidlik statusu özü isə şəhid atası olmuşdur. Bundan əlavə Mirşamil avtoqəza nəticəsində sınan ayağını bir müddət sonra baş verən 20 yanvar faciəsində olmuş kimi təqdim edərək nəyinki 20 yanvar əlili olub hətta bu adlı cəmiyyətin yerli şöbəsinin rəhbəri olmuşdur. O, bu adlardan istifadə edərək dövlətdən imtiyz alaraq əlil avtomobili və bir neçə ev almışdır. Dövlət qurumlarından aldığı pulla guya "20 yanvar" cəmiyyətinə bina tikirmiş kimi göstərib indi isə həmin yerdə özəl musiqi dərsləri verilir. Həmin obyektin qarşısını zəbt etmək üçün isə Ulu Öndər Heydər Əliyevə qəti oxşamayan bir şəxsin büstünü qoyaraq ələ keçirmişdir. Vaxtı ilə Heydər Əliyev hakimiyyətinə qarşı olan bir şəxs zamanın nəbzini tutaraq hansı ərazini tutmaq istəyirsə həmin yerə Heydər Əliyevin plakatını basdıraraq zəbt edir. Bütün bunları bilən dövlət qurumları isə nədənsə susur və hətta bəzən dəstək verirlər. Ancaq başa düşmürlər ki, bu yolla onlar millətin mənəviyyatına və şəhidlərimizin ruhunu incidirlər. Dediklərimin sübutu olaraq sizə bu arayışı göndərirəm!
Qeyd: Mirşamil Mürsəlov keçən dəfə haqqında danışdığım Cəlilabad rayon Göytəpə 2 saylı tam orta məktəbin direktoru Şəhla Mürsəlovanın qardaşıdır və Şəhla Mürsəlovanın övladlarından biri narkotiklə tutulmuşdur.
http://teref.az/karusel/36196-celilabad-rayon-goytepe-2-sayli-mektebin-direktoru-shehla-murselovanin-exlaqi-tehsile-yaramir-shkayet.html
Cəlilabad rayon, Üçtəpə kənd sakini
Yarıyev Ramiz Qədir oğlu
teref.az olaraq bu ittihamlara aidiyyatlı orqanların cavabımını gözləyirik!
Yazıda adı keçən hər bir şəxsin fikirlərini dinləyib səhifəmizdə yayınlamağa hazırıq!
teref.az