TANAP-la Türkiyə və Avropaya 75 milyard kubmetr qaz nəql edilib

5-02-2025, 16:44           
TANAP-la Türkiyə və Avropaya 75 milyard kubmetr qaz nəql edilib
Azərbaycan qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və Avropaya nəqlinin ümumi həcmi 75 milyard kubmetrə çatıb.

İndex.az bu barədə TANAP konsorsiuma istinadən xəbər verir.

“Bu günə qədər Cənub Qaz Dəhlizinin əsas komponenti olan TANAP vasitəsilə nəql edilən qazın ümumi həcmi tədarüklərin başlanğıcından bəri 75 milyard kubmetr təşkil edib. Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olan TANAP ilə qaz tədarükü fasiləsiz davam edir”, – konsorsium bildirir.

Xatırladaq ki, 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1 850 kilometr uzunluğunda olan TANAP Türkiyə ərazisindən keçərək “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır.

Onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru