Moskvada aktyor səhvən “şəhid kəməri” ilə bağlı həbs edilib

6-02-2025, 08:34           
Moskvada aktyor səhvən “şəhid kəməri” ilə bağlı həbs edilib
Moskvada “GDR” və “The Telki” seriallarının aktyoru Aleksandr Obmanov səhvən həbs edilib.
MK.ru xəbər verir ki, onun kirayə qaldığı evdə “şəhid kəməri” olduğu güman edilən bir əşya aşkar edilib.

Fevralın 4-nə keçən gecə Obmanov sevgilisi ilə birlikdə evə gedərkən saxlanılıb və polis bölməsinə aparılıb. Araşdırmalardan sonra məlum olub ki, bu, sadəcə çəkilişlər üçün rekvizit olub və cütlük azad edilib.

Məlumata görə, rekviziti ev sahibinin oğlu tapıb. O, 3 fevralda mənzili yeni kirayəçiyə hazırlamaq üçün ora gəlib və balkonda skotçla sarılmış 10 paket aşkarlayıb. O, bunları partlayıcı hesab edərək polisi çağırıb.

Aleksandr Obmanov 2012-ci ildə VGİK-in rejissorluq fakültəsini, 2018-ci ildə isə Herman Sidakovun Dram Məktəbini bitirib. Onun filmografiyasında “GDR”, “The Telki”, “Mosqaz” və digər 17 layihə yer alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru