ADY-də dəyişiklik: Aybəniz İsmayılova vəzifədən çıxarıldı

6-02-2025, 09:45           
ADY-də dəyişiklik:
"Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri Aybəniz İsmayılova vəzifəsindən rəsmən azad edilib.

Mia.az-ın əldə etdiyi məlumata görə, ADY rəhbəri Rövşən Rüstəmov onu ötən ayın əvvəlində vəzifədən kənarlaşdırmağa çalışsa da, departament rəhbəri məzuniyyət götürdüyündən, bu, mümkün olmayıb.

Mənbə bildirir ki, məzuniyyət müddəti bu günlərdə bitib və dünən Aybəniz İsmayılova qurumdakı vəzifəsindən rəsmən kənarlaşdırılıb.

Xəbərdə o da deyilir ki, R.Rüstəmov ADY-də ona yaxın daha bir neçə nəfəri də azad etməyə hazırlaşır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru