“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər

6-02-2025, 11:23           
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
“Baku Medical Plaza”nın məşhur plastik cərrahının da lisenziyası əlindən alınıb.

Tribunainfo.az xəbər verir ki, söhbət Dilqəm Məhərrəmovdan gedir. Belə ki, “Baku Medical Plaza”da uzun müddətdir plastik rekonstruktiv cərrah kimi xidmət göstərən Dilqəm Məhərrəmovun lisenziyasının vaxtı bitib. Cərraha yeni sertifikasiya şəhadətnaməsi isə verilməyib.

Klinikanın sosial şəbəkə səhifələrində cərrahın işləri ilə bağlı video materiallar qalmaqdadır. D.Məhərrəmov özü də şəxsi İnstaqram səhifəsində hazırda gördüyü işləri paylaşmaqdadır. Lisenziyası ləğv edilsə də, o hekayə bölümündə “Baku Medical Plaza”da gördüyü sonuncu işləri paylaşıb.

Qeyd edək ki, lisenziyasız qalan cərrahın özü kimi plastik cərrah olan həyat yoldaşı Nərgiz Əhmədova da sertifikasiya şəhadətnaməsi ləğv edilənlərdəndir. N.Əhmədova da bir vaxtlar “Baku Medical Plaza”nın “Medilux” filialında cərrahlıq edib.

Xatırladaq ki, Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib. Onlar arasında məşhur klinikaların tanınmış estetik cərrahları da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru