NATO körfəzlərdə Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ

7-02-2025, 10:10           
NATO körfəzlərdə Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ
"NATO Pribaltikada Rusiyanın qarşısını almağa çalışır".

TEREF xəbər verir ki, bunu Rusiya Dəniz İdarə Heyətinin sədri Nikolay Patruşev bildirib.

“NATO-nun Baltikyanı, Finlandiya körfəzində anqlosakslar tərəfindən koordinasiya edilən hərəkətləri Leninqrad və Kalininqrad vilayətlərindəki limanlarımızın işini iflic etmək məqsədi ilə Rusiyanı blokadaya almaq cəhdlərini əks etdirir”, - o bildirib.

Patruşev əlavə edib ki, NATO ölkələri terror üsullarından istifadə edir. Nümunə olaraq o, piratların Baltik dənizində "Eagle S" gəmisini qaçırmasını göstərib.

Ötən ilin dekabrında Finlandiya Sərhəd Xidməti Sankt- Peterburqdan çıxan "Eagle S" neft tankerini Baltik dənizində saxlayıb.

Yanvarın 22-də Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, 2024-cü ilin sonunda Baltik dənizinin dibində sualtı kabellərin zədələnməsi hadisəsi ilə bağlı araşdırmalar davam edir. Onun sözlərinə görə, hadisənin üç səbəbi nəzərdən keçirilir: təxribat, səhv və ya bacarıqsızlıq. \\Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru