Ukrayna ordusu ayda 200 min dronla təmin olunur

10-02-2025, 00:08           
Ukrayna ordusu ayda 200 min dronla təmin olunur
2025-ci ildə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlərlə, xüsusən də FPV pilotsuz təyyarələri ilə təmin olunma səviyyəsi yenidən yüksəlib. İndi bu rəqəm artıq ayda təxminən 200 min ədəddir.

Bu barədə Ukrayna müdafiə nazirinin birinci müavini İvan Qavrilyuk nazirliyin sosial şəbəkə səhifəsində məlumat verib.

“Hərbçilərimizin döyüş meydanında təminat səviyyəsi keçən ilin yay və payız aylarında olduğundan pis deyil. Başqa bir məsələ də odur ki, pilotsuz sistemləri, xüsusən də FPV pilotsuz təyyarələri götürsək, 2024-cü ilin birinci rübünə orta hesabla ayda 20 minlə başlamışıq, indi bu rəqəm ayda 200 minə yaxındır və getdikcə artır”, - deyə Qavrulyuk əlavə edib.


Onun sözlərinə görə, söhbət təkcə FPV dronlarından deyil, digər pilotsuz sistemlərdən də gedir. Xüsusən hazırda yerüstü pilotsuz sistemlərin tətbiqi ilə bağlı çoxlu iş gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru