Bakıda II İohann Pavel adına kilsə tikiləcək- Layihə-semta üçün 650 min ayrıldı

Bu gün, 08:06           
Bakıda II İohann Pavel adına kilsə tikiləcək- Layihə-semta üçün 650 min ayrıldı
Bakıda Roma papası II İohann Pavel adına katolik kilsəsi inşa ediləcək. AzPost-un məlumatına görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC layihə-smeta sənədlərinin hazırlanmasına start verib.Bu işlər üçün 655 min manat xərclənməsi nəzərdə tutulur. Layihələndirmə çərçivəsində kilsənin tikiləcəyi ərazinin topoqrafiyası aparılacaq, geoloji işlər həyata keçiriləcək və şəhərsalma əsaslandırılması hazırlanacaq.

Xatırladaq ki, II İohann Pavel 1920–2005-ci illərdə yaşayıb.

Tarix:
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavelin Azərbaycana rəsmi səfəri başa çatdıqdan sonra təntənəli yolasalma mərasimində söhbəti- 23 may 2002-ci il

Vatikan dövlətinin başçısı II İohann Pavel və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Binə beynəlxalq hava limanına gəldilər.

Azərbaycanın və Vatikanın dövlət bayraqları ilə bəzədilmiş Binə hava limanının binasında Roma papasının iri portreti asılmışdı.

Ali qonağın şərəfinə hava limanının uçuş meydanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Vatikan dövlətinin başçısı II İohann Pavelə və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə raport verdi.

Prezident Heydər Əliyev və Roma papası II İohann Pavel üçüş meydanında qurulmuş xüsusi tribunada əyləşdilər.

Hərbi orkestrin ifasında Vatikanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Yolasalma mərasimində iştirak edən Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, dini konfessiyaların başçıları, Azərbaycanda akkreditə olunmuş bir sıra xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavellə, ali qonağı səfərdə müşayiət edən şəxslər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə mehribancasına sağollaşdılar.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Roma papasına onun ölkəmizə rəsmi səfərini əks etdirən fotoalbom təqdim etdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Milli geyimli uşaqlar II İohann Pavelə gül-çiçək dəstəsi təqdim etdilər.

Heydər Əliyev: Sizə çox təşəkkür edirəm. Azərbaycana səfər etdiyiniz üçün Sizə minnətdarlıq edirəm, səfəriniz çox yaxşı keçdi. Mən çox məmnunam. Sizin səfəriniz Azərbaycanda çox yaxşı qarşılanmışdır. Siz gördünüz, bu gün Sizinlə görüşməyə nə qədər adam gəlmişdi. Sizin səfərinizə çox böyük maraq var. Bir daha Sizə təşəkkür edirəm, işlərinizdə uğurlar, cansağlığı və yaxşı yol arzulayıram.

II İohann Pavel: Bakıya səfərimin yüksək səviyyədə təşkil olunmasından məmnun qaldığımı bildirirəm. Mənə göstərilən qonaqpərvərliyə görə Prezident Heydər Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavel ilə təyyarənin pilləkəni yanında səmimiyyətlə sağollaşdı.

Roma papası Azərbaycan Dövlət Hava Yolları Şirkətinə məxsus xüsusi təyyarə ilə Bolqarıstana yola düşdü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.