Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI

Bu gün, 17:03           
Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Dağıstanın Dərbənd şəhərində fevralın 9-na keçən gecə 3 nəfər 28 yaşlı polisə hücum edib. Onu yerə yıxıb döyməyə başlayıblar. Hücum edənlərdən biri xidməti tapançasını çıxararaq polisə azı səkkiz dəfə atəş açıb. Daha sonra hər üçü qara “Cadillac” ilə ərazidən qaçıblar.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, zərərçəkmiş hazırda xəstəxanadadır. O, əməliyyat olunub.

Hazırda həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Hücumda şübhəli bilinən şəxslər qısa müddətdə saxlanılıb və cinayət işi açılıb.

Məlumata görə, şübhəlilərdən birinin Tabasaran rayonunun keçmiş rəhbərinin oğlu olduğu üzə çıxıb. Saxlanılan şəxsin adı Sandro Şıxmaqomedovdur.

Qeyd olunur ki, Tabasaran rayonunun keçmiş başçısının oğlu polisə hücum zamanı narkotikin təsiri altında olub. Bundan əlavə, kiçik Şıxmaqomedov müxtəlif cinayətlərdə iştirak edən yerli mütəşəkkil cinayət qrupları ilə əlaqəlidir. Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, onun Tabasaran rayonunun Xuçni kəndindəki polis şöbəsində baş vermiş partlayışla bağlı cinayət işi də var.

Xatırladaq ki, 2013-cü ildə Xuçnyada terror aktı baş verib, polis idarəsi yaxınlığında avtomobil partladılıb. İki polis əməkdaşı həlak olub, daha 16 nəfər yaralanıb. Sandro Şıxmaqomedova 1,5 il həbs cəzası verilib.

Onun atası, Tabasaran rayonunun keçmiş rəhbəri Nurməhəmməd Şıxmaqomedov 2013-cü ildə Azərbaycana qaçmaq istəyərkən saxlanılıb. O, büdcə vəsaitlərini mənimsəməkdə və özünün maxinasiyasından xəbəri olduğu iddia edilən yerli polis şöbəsinin müstəntiqi Nazim Aslanovun qətlində iştirakda şübhəli bilinirdi. Eyni zamanda, prokurorluğun cinayət işinin başlanması ilə bağlı açıqlamasına baxmayaraq, məmura qarşı ittiham irəli sürülməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.