Bakı Biznes vә Kooperasiya Kollecində nə baş verir - Fatimə Quliyeva kolleci ucuruma aparır İTTİHAM
13-10-2016, 11:43
Artıq ali tәhsil vә orta ixtisas tәhsili müәssisәlәrindә qış semestrinә start verilib. Bu tәhsil ocaqlarından biri Bakı Biznes vә Kooperasiya Kollecidir. Artıq sözügedәn tәhsil ocağında imtahanlar başlayıb. Bizә verilәn mәlumata görә, tәlәbә vә valideynlәr imtahan zamanı baş verәn neqativ hadisәlәrә görә narahatlıq keçirirlәr. Belә ki, imtahan prosesi başlar¬başlamaz kollec rәhbәrliyi yığım kampaniyasına başlayıb. Bu isә tәlәbәlәrin ciddi narazılığına gәtirib çıxarıb. Belә ki, öz savadı ilә qiymәt alan bir qrup tәlәbә qәzetimizә şikayәt edib. Şikayәtdә bildirilir ki, müәllimlәr imtahandan öncә tәlәbәlәrә bildirib ki, tәlәb olunan vәsaiti vermәsәniz qiymәt gözlәmәyin: "Hәtta iradımızı bildirsәk dә, bizә deyirlәr ki, bacarırsınızsa qiymәti özünüz alın. Tәlәb olunanı vermәyәn tәlәbәyә qarşı münasibәt çox pis olur. Hәr dәrsdә hәmin tәlәbәlәri sıxışdırırlar. Biliyindәn çox aşağı qiymәt yazırlar. İmtahan zamanı isә hәmin tәlәbәlәri kәsirlәr. Ona görә dә bәzi savadlı tәlәbәlәr bu kimi haqsızlıqlarla üzlәşmәmәk üçün tәlәb olunan vәsaiti әvvәlcәdәn vermәyә mәcbur olurlar".
Qeyd edәk ki, kollecin direktoru Fatimә Quliyevadır. Onu da bildirәk ki, Fatimә Quliyeva vәzifәyә gәlmәmişdәn öncә dә sözügedәn tәhsil müәssisәnin fәaliyyәtindә nöqsanlar baş alıb gedirdi. Ümid edilirdi ki, yeni direktor kollecdә yaşanan anormal vәziyyәti yaxşılığa doğru dәyişәcәk. Tәәssüflәr olsun ki, tәhsil naziri Mikayıl Cabbarov da sözügedәn tәhsil ocağında durumu dәyişә bilmәdi. Hazırda Fatimә Quliyevanın rәhbәrliyi altında Bakı Biznes vә Kooperasiya Kolleci bir sıra nöqsanları ilә fәaliyyәt göstәrir.
Bir qrup tәlәbәnin redaksiyamıza verdiyi mәlumata görә, dәrs ili başlar¬başlamaz problemlәr artıq özünü göstәrmәyә başlayıb. Qeyd edәk ki, kollec Nazirlәr Kabinetinin 21.01.2002¬ci il vә "Azәrittifaq"ın idarә heyәtinin 30.01.2002¬ci il 15 saylı qәrarına әsasәn 2002¬ci ildәn Bakı Biznes vә Kooperasiya Kolleci kimi fәaliyyәt göstәrir.
Kollecdә 40¬ dan çox sinif otağı, 25 fәnn kabineti, kimya laboratoriyasi, kompyuter otağı vә tәlәbә yemәkxanası fәaliyyәt göstәrir. Burda әyani vә qiyabi tәhsil formaları üzrә 1500¬dәn çox tәlәbә tәhsil alır. 120 nәfәr müәllimin çalışdığı tәhsil müәssisәsindә mühasibat uçotu vә maliyyә, biznes vә idarәetmә, informatika vә qiyabi şöbәlәr fәaliyyәt göstәrir.
Mәlumat üçün qeyd edәk ki, Quliyeva Fatimә Ağayar qızı 1979¬cu ildә Bakı şәhәrindә anadan olub. 1985¬1995¬ci illәrdә Sabunçu rayon 187 saylı mәktәbdә oxuyub. 1995¬ci ildә Bakı Dövlәt Universitetinin "mexanika¬riyaziyyat" fakültәsinә daxil olub. 2003¬cü ildә Kooperasiya Universitetindә müәllim kimi әmәk fәaliyyәtinә başlayıb. 2004¬cü ildәn isә baş müәllim vәzifәsindә çalışıb. 19 sentyabr 2011¬ci ildәn Bakı Biznes vә Kooperasiya Kollecinin direktorudur.
Tәәssüf ki, onun direktor kimi fәaliyyәti kollecdә tәhsil alan tәlәbәlәrin ürәyincә olmayıb. Bizә verilәn mәlumata görә, Fatimә Quliyeva kollecdәki problemlәri yoluna qoymaq әvәzinә tәhsil ocağını uçuruma sürüklәyir. Kollecdә özbaşınalıq, hәrc¬mәrclik baş alıb gedir. Müәllim vә tәlәbәlәrin dәrsә davamiyyәti sıfıra bәrabәrdir. Elә müәllim var ki, adı ştatda gedir. Lakin özü dәrslәrdә iştirak etmir. Tәlәbәlәr dә müәllim olmadığından dәrslәrdә iştirak etmirlәr. Tәlәbәlәr bildirirlәr ki, sonda da bizdәn imtahana nәsә tәlәb etmәyә üzlәri gәlir:
"Bir dәfә dә olsun Fatimә Quliyeva tәlәbәlәri dinlәmir, onların problemlәri ilә maraqlanmır. Hәr dәfә qәbuluna düşmәk istәdikdә isә eyni cavabı alırıq. Yanında qonaq var, vaxtı yoxdur, getsinlәr sonra gәlәrlәr. Görünür, Fatimә Quliyeva bizim ona verәcәyimiz suallardan çәkinir. Çünki nә cavab verәcәyini bilmir".
Direktor Fatimә Quliyevanın qanunsuz hәrәkәtlәri müәllimlәri vә tәlәbәlәri tәngә gәtirib Nә qәdәr ürәkağrıdıcı da olsa etiraf etmәk lazımdır ki, bu gün orta ixtisas tәhsili müәssisәlәrinin bir çoxunda tәhsilin keyfiyyәti istәnilәn sәviyyәdә deyil. Sabiq nazir Misir Mәrdanovun dövründә yaranan bәzi problemlәr hәlә dә mövcudluğunu qoruyub saxlayır.
Әlbәttә, Mikayıl Cabbarov nazir tәyin edilәndәn sonra tәhsil sahәsindә olduqca әhәmiyyәtli islahatlar hәyata keçirib. Amma bütün bunlara baxmayaraq, orta ixtisas tәhsili müәssisәlәrindә vәziyyәt düzәlmir ki, düzәlmir.
Qeyd edәk ki, müxtәlif özbaşınalıqların vә qanunsuzluqların qeydә alındığı tәhsil ocaqlarından biri dә Bakı Biznes vә Kooperasiya Kollecidir. Nazirlәr Kabinetinin 21.01.2002¬ci il vә “Azәrittifaq”ın idarә heyәtinin 30.01.2002¬ci il 15 saylı qәrarına әsasәn 2002¬ci ildәn Bakı Biznes vә Kooperasiya Kolleci kimi fәaliyyәt göstәrәn tәhsil müәssisәsindә 40¬dan çox sinif otağı, 25 fәnn kabineti, kimya laboratoriyasi, kompyuter otağı vә tәlәbә yemәkxanası var. 1500¬dәn çox tәlәbәnin oxuduğu kollecdә son illәr tәhsilin sәviyyәsi xeyli aşağı düşüb. Әldә etdiyimiz mәlumatlarda deyilir ki, bunun әsas sәbәbkarı direktor Fatimә Quliyevadır: “Ölkәmizin köklü tәhsil ocaqlarından hesab edilәn Bakı Biznes vә Kooperasiya Kolleci son üç ildә cәmiyyәtә savadlı kadrlar tәqdim etmәyib. Çünki Fatimә xanım 2001¬ci ildәn, yәni kollecә direktor tәyin olunan gündәn buranı öz bildiyi formada idarә edir. Sentyabrın 19¬da onun direktor vәzifәsinә qoyulmasının üç ili tamam oldu. Amma xanım direktor bu müddәt әrzindә kollecdә tәhsilin sәviyyәsinin artırılmasından ötrü tutarlı addımlar atmayıb. İstәr müәllimlәr, istәrsә dә tәlәbәlәr direktorun sәbәb olduğu qeyri¬qanuni işlәrin әlindәn tәngә gәliblәr. Kollecә bu il daxil olan tәlәbәlәr dәrs ilinin sevincini istәdiklәri şәkildә yaşaya bilmәyiblәr. Belә ki, şöbә müdirlәri tәdris ili başlayan kimi 1¬ci kurs tәlәbәlәrinin qanını qaraldıblar.
Qış imtahan sessiyasına hәlә 4 ay müddәt qalsa da, şöbә müdirlәri dolayı yollarla hәmin tәlәbәlәrә imtahanlara ciddi hazırlaşmağı tapşırıb. Yәni tәlәbәlәr o vaxta kimi özlәrini toparlayıb imtahanlarda әn yüksәk sәviyyәdә iştirak etmәlidirlәr. Yoxsa onların imtahanlardan keçmәyi qәlizlәşә bilәr. Ümumiyyәtlә, Fatimә Quliyeva üç illik fәaliyyәti әrzindә savadı hesabına imtahandan keçmәk istәyәn tәlәbәlәrә şәrait yaratmayıb. Bunu görәn tәlәbәlәr isә ruhdan düşürlәr vә dәrsә hәvәs göstәrmirlәr. Belә olan tәqdirdә kollecdә hәm tәdris prosesi zәiflәyir, hәm dә tәlәbәlәr dәrsә intizamla yanaşmırlar. Dәrslәr iki hәftәdәn çoxdur başlayıb. Amma kollecin yuxarı kursunda oxuyan tәlәbәlәrin günü bufetdә, ya da kollecin yaxınlığındakı çayxanalarda keçir. Direktor buna inanmırsa, dәrs vaxtı gedib hәmin çayxanaları yoxlaya bilәr. Kollecin oğlan tәlәbәlәrinin әksәriyyәti orda olur. İnformatika müәllimliyi, mühasibat uçotu, maliyyә işi, vergi vә vergitutma, gömrük işi, marketinq, bәlәdiyyә tәsәrrüfatının tәşkili, kommersiya, kompyuter şәbәkәlәrinin hesablama texnikasının tәmiri vә servis xidmәti, әmtәәşünaslıq vә istehsal mallarının ekspertizası, mehmanxana¬turist vә sanatoriya¬ kurort komplekslәrindә iaşә vә servis xidmәtlәri ixtisasları üzrә tәhsil alan tәlәbәlәrin bәzisi şöbә müdirlәrinin vasitәsilә kollec rәhbәrinin “tәlәb”lәrini qarşılayaraq dәrsdәn yayınırlar”.
Onu da bildirәk ki, bir müddәt әvvәl Baki Biznes vә Kooperasiya Kollecinә qәbulun dayandırılması ilә bağlı xәbәr yayılmışdı: “Tәhsil müәssisәsindә Tәhsil Nazirliyinin nümayәndәsinin yoxlamalarından sonra bildirilib ki, bu ildәn kollecә qәbul qanunsuz hesab olunacaq. Kollecin adı “Abituriyent” jurnallarından çıxarılıb”. Ancaq sonradan necә oldusa kollecә qәbul bәrpa edildi. Verilәn mәlumatlardan isә aydın şәkildә görünür ki, Fatimә Quliyeva Bakı Biznes vә Kooperasiya Kollecinin fәaliyyәtini yaman günә qoyub. Odur ki, aidiyyәti dövlәt qurumları, xüsusi olaraq isә Tәhsil Nazirliyinin әmәkdaşları adıçәkilәn tәhsil ocağının fәaliyyәtini araşdırmalı vә qanuna uyğun addımlar atmalıdır. gundem xeber/
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə və səhifəmizdə yerləşdirməyə hazırıq!
teref.az