AzTV sədrinə qarşı şok ittiham – PREZİDENTİN KASETLƏRİNİ DƏYİŞİB!
14-10-2016, 00:13
teref.az olaraq AzTV-nin əməkdaşı Nərgiz Cabbarlının AzTV sədri A.Alışanova qarşı irəli sürdüyü ağır ittihamlarla tanış edirik.
Nərgiz xanım yazır:
Dostlar! Gec də olsa professor Qulu Məhərrəmlinin teriflenen məhkəmə çıxışını tapıb diqqətlə oxudum. Əlbəttə,haqsız yerə istintaqa çəkilmiş bir fikir adamının müdafiə nitqi kimi çox məzmunludur. Həm məhkəmənin sifariş yerinə yetirdiyini, həm də maliyyə fırıldaqçısı və büdcə oğrusu kimi AzTV-nin qeyri-peşəkar sədri A.Alışanovun mənəvi simasını, hansı yuvanın quşu olduğunu çox incə şəkildə açıb ortaya qoyur. Amma bəzi qəzetlərin və saytların bu çıxışı “flankəs bütün sirləri açıb-tökdü” kimi təqdim etməsi mənə qəribə gəldi. Söhbət hansı sirrlərdən gedir, burda hansı sirr açılıb ki?!
Mən Qulu müəllimle şəxsən tanış deyilem, xeyli müddət AzTV-də çalışsam da yollarımız kəsişməyib, amma bir peşəkar jurnalist kimi hansı nüfuz sahibi olduğunu, camaatın ona necə hörmət etdiyini görmüşəm. Bu adamın rəhbərlik etdiyi “Səhər” proqramı televiziyada ən yaxşı veriliş sayılırdı, rüşvət olmayan yeganə redaksiya idi. Sözüm bunda deyil və onsuz da cəmiyyətin vicdanlı şəxslərinin müdafiə etdiyi bir adamı artıqdan tərifləmək istəmirəm. Mən bu “sirr” məsələsi ilə bağlı bir-iki şeyi demək istəyirəm.
Yəqin Qulu müəllim inciməz deyim ki, o, məhkəmədə keçmış dostu A.Alışanovun heç bir sirrini açmayıb. Məsələn, Alışanovun oğru, rüşvətxor və sədrliyə yaramaz olduğu sirr deyil, bunu ölkədə az qala hamı bilir. Amma çox adam bilmir ki, tutduğu vezifeye yaramayan be layiq olmayan bu adam sədrliyə hansı yollarla gəlib. İctimaiyyət bilmir ki, bu adam sədr N.Xudiyevi yıxmaq üçün hansı oyunlardan çıxıb, ona qarşı hansı kampaniyanı aparıb, musiqi kollektivlərini kütləvi etiraza qaldırmaq üçün hansı üsullara əl atıb, bunun üçün kimlərə pul paylayıb, kimlərin vasitəsilə qəzetlərə nələr yazdırıb, TV-nin baş redaktorlarını rəhbərliyə qarşı qaldırmaq üçün nələr edib?
AzTV-nin çox əməkdaşı o vaxt texnika və maliyyə üzrə müavin olan A.Alışanovun “Xəbərlər”de tez-tez peyda olmasını unutmayıblar. Çox adam Alışanovun informasiya redaksiyasının rejissorlarını necə ələ alaraq tez-tez prezidentin kasetlərinin dəyişik düşməsini təşkil etdiyindən xəbərdardır (bu barədə bəzi qəzetlər də yazıb). Kasetlərin dəyişik salınması, prezident materialının birinci getməməsi siyasi risq, qorxu və böyük stresə səbəb olan gərginlik yaradırdı. Məhz Alışanovun növbəti sabotajı zamanı gərginliyə tab gətirməyən baş rejissor Cahid Nəzərov elə efir otağında “Xəbərlər”in efir pultu arxasında ürək tutmasından (iyun 1996) dünyasını dəyişmişdi. Düzdür, A.Alışanov onun yas mərasiminin xərcini çəkməklə rejissorun yaxınlarının qəzəbindən özünü sığortalaya bilmişdi, amma vicdan ləkəsini heç nə ilə yumaq olmaz.
Mən hələ A.Alışanovun sədrliyi dövründə ış yerində əsəb və gərginlikdən dünyasını dəyişmiş başqa əməkdaşları demirəm. Bax, sirr deyəndə məncə, bunlardan danışmaq lazımdır. Amma təəssüf ki, Qulu müəllim bunları demir. Məncə, bunlar barədə, eləcə də Alışanovun başqa oyunları haqqında danışmağın zamanı gəlmişdir. Və şəxsən mən AzTV sədri haqqında bildiklərimi hər yerdə deməyə hazıram.
Mətbuatın mənim bu statusumu dəyişmədən yaymasına etiraz etmirəm.
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az