Suriyada silahlı toqquşma: 10-dan artıq təhlükəsizlik əməkdaşı öldürülüb

7-03-2025, 10:58           
Suriyada silahlı toqquşma:
Suriyanın Rusiyaya məxsus Xmeymim aviabazasının yaxınlığında yerləşən Cəblə şəhərində keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı qruplarla toqquşmalarda ölkənin Dövlət Təhlükəsizlik İdarəsinin azı 13 əməkdaşı həlak olub.

Bu barədə Suriyanın "Syria TV" televiziya kanalı məlumat yayıb.

Qeyd olunur ki, bu, Bəşər Əsədin devrilməsindən sonra Suriyada baş verən ən böyük toqquşmadır.

Son məlumatlara görə, silahlı toqquşmalar davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.