Astara təhsil şöbəsinin müdürünə ŞOK korrupsiya ittihaları _İTTİHAM

18-10-2016, 11:47           
Astara təhsil şöbəsinin müdürünə ŞOK korrupsiya ittihaları _İTTİHAM
Astara sakini Rəşad Həsənov Əlövsət oğlu məmur özbaşınalığı ilə qarşılaşıb

teref.az yazır ki, rayon sakini politika.az-a yolladığı şikayət məktubunda bildirib ki, 22 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib:

"Xidmətimin 12 il 6 ayı döyüş bölgəsində keçib, 6 medalla təltif olunmuşam. Sizin "Hər bir vətəndaş məmur özbaşınalığına qarşı aktiv olmalıdır. Məmur özbaşınalığı yolverilməzdir, məmurlar xalqın xidmətində durmalıdır" fikirlərinizi əsas tutaraq Astara rayon Təhsil Şöbəsi müdirinin bəzi qanunsuz əməlləri barədə məlumat verməyi özümə borc bilirəm.
12 ildir ki, Astara rayon təhsilinə rəhbərlik edən Qızbəz Məmmədova haqqında müxtəlif illərdə şikayət dolu məktublar yazılsa da heç bir tədbir görülməmişdir. Sadəcə olaraq internet saytlarında "Qızbəs Məmmədova" və ya "Astara təhsil şöbəsi" yazıb axtarışa verilsə bu insanın nə kimi qanunsuzluqlara yol verdiyinin şahidi olarıq.
Astara bulvarında "Yelkən" kafesinin sahibi olan bu vəzifəli şəxs oranı işlədən şəxsi də mükafatsız qoymayıb, rayon məktəblərin birinə ibtidai hərbi hazırlıq üçün rəhbər təyin edib. Rayon məktəblərinin təmirinə ayrılan vəsaiti müxtəlif illərdə necə gəldi xərcləyən Qızbəs müəllimə smeta dəyərini şişirtməkdən belə çəkinməyib. Bunun üçün güya ki, təmir edilmiş Astara rayon Şiyəkəran kənd 1 nömrəli məktəbin acınacaqlı vəziyyətinə baxmaq yetər”.

Şikayətçi bildirib: "Rayonda olan fiziki cəhətdən fiziki cəhətdən problemləri olan uşaqlara guya ki dərslər keçirilir, amma hamısı kağız üzərindədir.

2015-ci il tarixdə Astara rayon Şiyəkəran kəndində quraşdırılmış 4500 manattıq Linqafon labarotoriyası niyə quraşdırıldı və niyə aktla geri götürüldüyünü Qızbəs Məmmədovadan başqa heç kim bilir.

Qızbəs Məmmədova tərəfindən rayon məktəblərinə alınmş avadanlıqların qiymətində 5-5 qat şişirdilmələrə yol verilir.

Belə ki, kimya labaratoriyasına alınan bir partanın qiyməti 1700 manat, bir şkafın qiyməti 400 manat qiymətləndirilmişdir.

2011-2015-ci il tarixlərdə məktəblərə verilən idman geyimləri orqinal kimi sənədlərdə öz əksini tapsada əslində Çin istehsalı olan əmlaklar məktəblərə verilmişdir.

Mənim dediklərimi Hesablama Palatası tərəfində yoxlanılsa daha çox faktlar aşkar olunacaqdır.

Bundan əlavə Qızbəs Məmmədovanın "qanunları" ilə ayaqlaşa bilməyən keçmiş məktəb direktorları Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən dindirilsə mənim dediklərimin heç də yalan olmadına şahid olacaqsız. Sizdən xahiş edirəm ki, mənim və ailəmin təhlükəsizliyimi təmin edin.
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.