SON DƏQİQƏ‼️Azərbaycanlı mühəndis Türkiyədə intihar etdi - Depressiyaya düşübmüş
Bu gün, 09:24

Zonguldak şəhər mərkəzi Bahçelievler məhəlləsində yaşayan azərbaycanlı azərbaycanlı Surxan Rəsulov başına atəş açaraq intihar edib.
32gun.az xəbər verir ki, 35 yaşlı Surxan Rəsulovdan heç bir xəbər ala bilməyən dostları onun evinə gedərək yoxlamaq istəyiblər. İçəridən qoxu gəldiyini görən Surxan Rəsulovun dostları qapını zorla açıb içəri daxil olublar. Surxan Rəsulovun yerdə qanlar içərisində görən dostları vəziyyətlə bağlı polis və təcili yardıma məlumat veriblər.
Hadisə yerinə gələn polis və həkimlər onun başından atəş açaraq intihar etdiyini müəyyən edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Həmçinin bildirilib ki, Zonguldak Bülent Ecevit Universitetinin Mühəndislik fakültəsinin Geomatika mühəndisliyi fakültəsini bitirən azərbaycanlı Surxan Rəsulov təhsil aldıqdan sonra Zonquldakda məskunlaşıb. İşsizlik üzündən depressiyaya düşdüyü zənn edilən Rəsulov, Bahçelievler məhəlləsində yaşadığı mənzildə başına atəş açaraq intihar edib.
Çiy küftə restoranında işlədiyi bildirilən Rəsulovun vəfatı ilə əlaqədar dostları ona başsağlığı mesajı göndərib. Ətrafında sevilən adam kimi tanınan Resulovun intihar etmə səbəbi araşdırmalardan sonra bəlli olacaq.
32gun.az-ın əldə etdiyi məlumata görə Surxan Rəsulov əslən Qəbələ rayonundan olub.