Avstraliyada çimərlikdə müəmmalı köpük 100-dən çox insanın xəstələnməsinə səbəb oldu

19-03-2025, 10:16           
Avstraliyada çimərlikdə müəmmalı köpük 100-dən çox insanın xəstələnməsinə səbəb oldu
Cənubi Avstraliya ştatının çimərliklərində peyda olan müəmmalı köpük müxtəlif dəniz canlılarını öldürüb.
Bu barədə "The Guardian" məlumat verib.

Vaytpinq və Parsons çimərlikləri seliyəbənzər qatı sarı-yaşıl köpüklə örtülüb. Yerli sakinlər orada kir və göy qurşağının rənglərinə çalan qabarcıqlar müşahidə ediblər. Müəmmalı köpük dənizatı, balıq və səkkizayaqların qalıqlarını sahilə çıxarıb.

Çirklənmiş çimərliklərdə sörfinqlə məşğul olan 100-dən çox insan qəribə simptomlardan şikayətlənib: bulanıq görmə, gözlərin qaşınması, öskürək və ağır nəfəsalma.

"Bu, mətbəx çanağını və ya başqa bir şeyi təmizləmək üçün istifadə etdiyimiz güclü təmizləyicini nəfəsimizə çəkməyə bənzəyir", - sörfçülərdən biri bildirib.

Onun sözlərinə görə, bu, suda qəribə bir şeyin olduğuna əyani sübutdur. Güman edilir ki, sörfçülər məhz bu köpüyə görə xəstələniblər.

Çimərliklər müvəqqəti olaraq ictimaiyyət üçün bağlanıb.

Bir versiyaya görə, köpük durğun su və yüksək temperaturu sevən mikroyosunların çiçəkləməsi səbəbindən meydana çıxıb. Cənubi Avstraliyada son aylarda həddindən artıq istilər müşahidə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru