"Tesla" qiymətləri xeyli endirdi

21-04-2025, 11:28           
"Tesla" qiymətləri xeyli endirdi
"Tesla" şirkəti satışların son vaxtlar məyusluq yaratmasına görə, "Cybertruck" elektrikli pikapı üçün istehsal planlarını azaldıb.

Oxu.Az "MotorBiscuit" nəşrinə istinadla xəbər verir ki, bu, həm də avtomobil istehsalçısını qiymətdə əhəmiyyətli azalma elan etməyə məcbur edib, cari endirimlərin həcmi təqribən 12 min dollara (21 min manata yaxın - red.) çatıb.

Məlumata görə, 2025-ci ilin birinci rübündə ABŞ-də "Cybertruck" maşınlarının satışları təxminən 6 400 ədəd olub ki, bu da şirkətin hədəflərindən xeyli aşağıdır.

Tələbi stimullaşdırmaq üçün "Tesla" "Cybertruck" modellərinə əhəmiyyətli endirimlər təklif edir. "Foundation Series" versiyası üçün endirim 11 990 dollara çatır.

Bundan əlavə, alıcıları cəlb etmək üçün brend "Supercharger" stansiyalarında 123 kVt/saatlıq akkumulyator üçün ömür boyu pulsuz enerji doldurmağı təklif edə bilər.

"Cybertruck"ın digər versiyaları üçün endirimlər bir qədər azdır və təxminən 10 550 dollara (18 min manata yaxın) çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru