Nigeriyada vəba epidemiyası nəticəsində 34 nəfər həyatını itirib. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.
Bildirilib ki, bu il vəba epidemiyası ölkənin 30 ştatının 98 bölgəsinə yayılıb.
Qeyd olunub ki, bu vaxta qədər 1307 vəba hadisəsi aşkarlanıb.