Vatikanda seçki hazırlığı: Baca quraşdırıldı və kardinallar toplaşır

3-05-2025, 12:38           
Vatikanda seçki hazırlığı:
Vatikan Roma Papasının seçilməsi üçün keçiriləcək konklava hazırlıqlar çərçivəsində Sikstin kapellasının damında simvolik əhəmiyyət kəsb edən baca quraşdırıb.

Bu barədə BBC məlumat yayıb.

Cümə günü Vatikan kapellasının damında yanğınsöndürənlərin baca quraşdırmaqla məşğul olduğu müşahidə edilib. Bu, 7 mayda keçiriləcək konklav üçün vacib hazırlıq addımıdır.

Baca səsvermənin nəticələri barədə məlumat vermək üçün həlledici əhəmiyyət kəsb edir. İkinci tur səsverməsindən sonra kardinalların səsvermə bülletenləri xüsusi sobada yandırılır və bacadan çıxan tüstü səsvermənin başa çatdığını göstərir.

Pontifik postuna əsas namizədlər arasında üç italyan var: 70 yaşlı Müqəddəs Taxtın dövlət katibi kardinal Pyetro Parolin, 60 yaşlı Qüds patriarxı kardinal Pyerbatista Pitsaballa və 69 yaşlı Bolonya arxiyepiskopu kardinal Matteo Mariya Dzuppi (hazırda İtaliya Yepiskop Konfransına da o rəhbərlik edir).

Xatırladaq ki, Roma Papası Fransisk 21 apreldə 88 yaşında vəfat edib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru