İspaniyada maraqlı hadisə: Çinli turist fotokamerasını oğurlamağa çalışan şəxsi "yerə sərdi"
Dünən, 15:28
İspaniyanın Barselona şəhərində maraqlı hadisə baş verib.
Çindən olan turistin fotokamerasını oğurlamağa çalışan cibgir cinayət başında ələ keçib. Amma oğrunu tutan şəxs polis deyil, döyüş sənəti ustası olan çinlinin özü olub.
Bu barədə News.com.au nəşri yazı dərc edib.
Məlumata görə, turistdən oğurluq etmək istəyən şəxs gözlənilməz reaksiya ilə qarşılaşıb. Turist cəld və ani bir hərəkətlə onu yerə sərib. Oğru nəfəs almaqda belə çətinlik çəkib.
Çinli turist elə bu vəziyyətdə böyük təmkinlə polisin gəlməsini gözləyib və oğrunun hərəkətinə də mane olub.
Hadisə yerinə təhlükəsizlik qüvvələri gəldikdə, çinli oğrunu buraxıb və o nəzarətə götürülüb.