"Sony" oyun həvəskarları üçün endirim edəcək

Bu gün, 14:54           
"Sony" oyun həvəskarları üçün endirim edəcək
"PlayStation 5 Pro"nun qiymətində ilk rəsmi endirim "Play Days of Play" kampaniyasının bir hissəsi olaraq baş tutacaq.

Oxu.Az xəbər verir ki, bu barədə tanınmış insayder "billbil-kun" məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı ölkələrində konsolun qiyməti 799 avrodan 749 avroya (təxminən 1440 manata) düşə bilər.

Belə endirimlər Yaponiya və Çin üçün də nəzərdə tutulub. Odur ki bu cihazların dünya ölkələrinə daha çox Çindən yayıldığını nəzərə alsaq, bu endirim digər ölkələrdən olan istifadəçilərə də təsir edə bilər.

İnsayderin sözlərinə görə, endirim aksiyanın başlamasına bir gün qalmış - mayın 27-də elan olunacaq. Təqdimat zamanı "PS VR2" qulaqlığının qiyməti də azalacaq - 449 avro əvəzinə 399 avroya düşəcək.

İllik "Play Days of Play" satışları mayın 28-dən iyunun 11-dək davam edəcək. Bu tədbir zamanı "PlayStation" istifadəçilərini oyunlar və abunəliklərdə müxtəlif endirimlər gözləyə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.