Səhər yeməyi həzm sistemi üçün niyə vacibdir?

26-05-2025, 09:08           
Səhər yeməyi həzm sistemi üçün niyə vacibdir?
Qastroenteroloq, tibb elmləri namizədi Marat Zinnatullin bildirib ki, səhər yeməyi normal həzmin ayrılmaz hissəsidir.
Səhər yeməyi mədənin və öd kisəsinin fəaliyyətini stimullaşdıraraq həzm sisteminin düzgün işləməsinə töhfə verir.Ekspertin sözlərinə görə, insan qida qəbul etdikdə mədə aktivləşir, ardınca isə öd kisəsi yığılaraq öd ifraz olunur. Bu proses öd durğunluğunun qarşısını alır və müxtəlif həzm problemlərini önləyir.Zinnatullin qeyd edib ki, səhər yeməyindən mütəmadi şəkildə imtina etmək və ya onu tez-tez atlamaq "lil sindromu" adlanan vəziyyətə gətirib çıxara bilər. Bu da öd konsentrasiyasının artmasına və nəticədə öd daşı riskinin yüksəlməsinə səbəb ola bilər.Həkim səhər yeməyini sağlam qidalanmanın əsas mərhələsi kimi qiymətləndirərək, hər gün balanslı bir menyu ilə günə başlamağı tövsiyə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru