Ekspertdən xəbərdarlıq: Balığın düzgün seçilməməsi təhlükəli xəstəliklərə yol açır

11-06-2025, 16:18           
Ekspertdən xəbərdarlıq: Balığın düzgün seçilməməsi təhlükəli xəstəliklərə yol açır
Amerikalı alim və uzunömürlülük üzrə ekspert Valter Lonqo bildirib ki, balığın düzgün seçilməməsi təhlükəli xəstəliklərə yol aça bilər.

Bu fikri o, "El Espanol" nəşrinə müsahibəsində səsləndirib.

Lonqo xəbərdarlıq edib ki, bəzi balıq növləri arsen və civə ilə çirklənə bilər. Bu maddələr sinir və immun sistemlərində patologiyaların inkişafı riskini artırır.

Ekspert belə halların qarşısını almaq üçün tərkibində külli miqdarda arsen və civə olan tuna və qılıncbalığı yerinə sardin, alabalıq, treska, qızılbalıq, skumbriya və ançous kimi balıqlara üstünlük verilməsini tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru