AYNA xüsusi defisit “İcazə” blanklarının sayını açıqladı

12-06-2025, 12:34           
AYNA xüsusi defisit “İcazə” blanklarının sayını açıqladı
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2025-ci il nümunəli xüsusi defisit “İcazə” blanklarının 11 iyun tarixinə olan qalıq sayını açıqlayıb.

AYNA-dan Referans-a bildirilib ki, Rusiya istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən məhdudiyyətsiz daşımalar üçün nəzərdə tutulan 3950 blankdan heç biri qalmayıb. İrana və ya İrandan daşımalar üçün ayrılmış 3800 blank da tam istifadə olunub. Avropa Birliyi ölkələrinə və ya bu ölkələrdən Rusiya istiqamətində daşımalar üçün ayrılan 200 blankdan 110-u mövcuddur.

Qeyd edək ki, Qazaxıstandan və ya 3-cü ölkəyə beynəlxalq yük daşımaları üçün nəzərdə tutulan 3500 “icazə” blankından isə 1442 ədəd qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru