Zelenski Rusiya neftinin qiymətini 25 dollara salmağa çağırdı

12-06-2025, 15:18           
Zelenski Rusiya neftinin qiymətini 25 dollara salmağa çağırdı
Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti Rusiya neftinin qiymətini kəskin şəkildə endirməyə çağırıb.
İqtisadiyyat.az xəbər verir ki, onun sözlərini "Novini.LIVE" yayıb.

Odessada keçirilən sammitdə Zelenski bildirib ki, Rusiya döyüş meydanında üstünlük əldə etməyə əmin olduğunu düşünür və onu zorakılıqdan kənar yollarla sülh axtarmağa məcbur etmək üçün ciddi iqtisadi təzyiqlər lazımdır. Bunun üçün isə, Rusiya neftinin qiymətinin bir barel üçün 25 dollara endirilməsi vacibdir.

Zelenski həmçinin bu il Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar üçün dəqiq qərarın qəbul olunmasına ehtiyac olduğunu vurğulayıb. O, Avropanın birliyi, NATO-nun gücləndirilməsi və ölkəsi üçün uzunmüddətli təhlükəsizlik təminatlarının əhəmiyyətini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru