Süni intellekt cəbhəsində sürpriz ittifaq: Rəqiblər birləşdilər

12-06-2025, 12:38           
Süni intellekt cəbhəsində sürpriz ittifaq: Rəqiblər birləşdilər
Süni intellekt sahəsinin iki əsas rəqibi - "Google" və "OpenAI" bulud hesablama sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.

Oxu.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Razılaşmaya əsasən, "OpenAI" süni intellekt modellərini inkişaf etdirmək üçün "Google Cloud"un hesablama gücündən istifadə edə biləcək. Bu əməkdaşlıq "OpenAI" şirkətinə uzun müddətdir istifadə etdiyi "Microsoft"un bulud xidmətlərindən asılılığı azaltmağa şərait yaradacaq. Eyni zamanda, "Google" üçün bu razılaşma bulud texnologiyaları bölməsini daha da böyütmək imkanı verir.

Məlumata görə, iki şirkət arasında bu əməkdaşlıq barədə danışıqlar bir neçə ay əvvəl başlayıb və razılaşma artıq may ayında əldə edilib. Lakin bu məlumat yalnız indi ictimaiyyətə açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru