Ukrayna vura bilməsin deyə Rusiya strateji təyyarələrini ölkənin o biri ucuna daşıyır…

12-06-2025, 11:36           
Ukrayna vura bilməsin deyə Rusiya strateji təyyarələrini ölkənin o biri ucuna daşıyır…
Ukrayna pilotsuz uçuş aparatlarının aerodromlarına hücumundan sonra Rusiya ən bahalı hərbi təyyarələrini bu ölkənin hədəfindən uzaqlaşdırıb.

“The Telegraph”ın xəbərinə görə, iki “Tu-160” strateji bombardmançı və raket daşıyıcısı cəbhə xəttindən 6 min km-dən çox məsafədə yerləşən uzaq “Anadır” aviabazasına köçürülüb.

Nəşr qeyd edib ki, aerodrom Alyaskadan təqribən 660 km aralıda, yaşayış olmayan Çukotka yarımadasında yerləşir. Aerodrom “soyuq müharibə” dövründə – Rusiyanı ABŞ-nin potensial hücumlarından qorumaq üçün yaradılıb.

“Tu-160″ səsdən sürətli bombardmançı təyyarələri nüvə silahı daşıya bilir və Rusiya arsenalında ən bahalısıdır, hər birinin qiyməti təxminən 500 milyon dollardır. Müqayisə üçün, Amerika bombardmançı donanmasının əsasını təşkil edən “B-52 Stratofortress” təxminən 94 milyon dollar dəyərində qiymətləndirilir”, – müəlliflər vurğulayırlar.

Rusiyada ümumilikdə 16 belə təyyarənin istismarda olduğu bildirilir. Eyni zamanda, Ukrayna bildirib ki, həmin “Tu-160”ların bəziləri “Hörümçək toru” əməliyyatı çərçivəsində, iyunun 1-dəki hücum zamanı zədələnib.
Azərbaycan24












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru