Azərbaycanda dəniz mövsümü başlayır: Bu çimərliklərə diqqət edin
Bu gün, 00:09

Yay fəslinin gəlişi ilə çimərlik mövsümü də başlayır.
Hazırda Bakı şəhərində çimərlik mövsümünə hazırlıq işləri aparılır. Bununla bir neçə dövlət qurumu məşğul olur.
Özəl çimərliklər və istirahət mərkəzlərində mövsümə hazırlıq məsələlərinə nəzarət məqsədilə hər rayon üzrə nümayəndələr ayrılıb. Bu nümayəndələr əraziyə baxış keçirir, yoxlamalar aparır. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi tərəfindən də çimərliklərdə təhlükəsizlik və texniki hazırlıq baxımından yoxlamalar həyata keçirilir. Rəngləmə, inventarların yenilənməsi, təhlükəsizlik tədbirləri bu yoxlamaların əsas hissəsini təşkil edir.
6 ərazidə xalqa xidmət edən çimərliklər
Artıq 6 ildir ki, Abşeron yarımadasında Sahil, Buzovna, Novxanı, Goradil, Pirşağı və Səbail rayonu Şıx qəsəbəsi də olmaqla, 6 ərazidə ictimai çimərliklər yaradılıb. Bu çimərliklər mövcud özəl istirahət mərkəzlərinə alternativ olaraq istifadəyə verilib və ən böyük üstünlüyü pulsuz xidmət göstərməsidir.
Bu ərazilərdə təmizlik və abadlıq işləri aparılıb. İnventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları təmir olunub, rəngləmə işləri görülüb, avtomobil dayanacaqları yaradılıb. Eyni zamanda, tullantıların vaxtında daşınması və ümumi təmizliyin qorunması üçün əlavə tədbirlər görülür.
Mövsüm boyu çimərliklərdə polis əməkdaşları asayişin qorunmasında, tibb işçiləri və FHN-in xilasediciləri isə təhlükəsizliyin təmin olunmasında iştirak edirlər.
İctimai çimərliklərə giriş pulsuzdur
Burada göstərilən xidmətlərə görə heç bir ödəniş tələb olunmur. Özəl çimərliklərə giriş də pulsuzdur, lakin göstərilən xidmətlər ödənişlidir.
Təəssüf ki, bəzi vətəndaşlar ictimai çimərliklərdə təmizliyə riayət etmir, inventarlara zərər verir və ərazini zibilləyirlər. Bu səbəbdən müvafiq orqanlar və çimərlik rəhbərliyi vətəndaşlardan qaydalara əməl etməyi, təmizliyi qorumağı xahiş edir.
Respublika Gigiyena və Epidomologiya Mərkəzi may ayından dənizdə suyun keyfiyyətini yoxlamaq, çimərliklərin hazırkı vəziyyətini öyrənmək məqsədi ilə monitorinqlərə başlayıb. Yoxlamalar Abşeron yarımadası və ölkənin şimal və cənub rayonlarında, Mərkəz və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Qaradağ rayonundakı Sahil çimərliyi, Səbaildəki Şıx, Suraxanıdakı Hövsan, Xəzər rayonundakı Türkan, Şüvəlan, Buzovna, Mərdəkan və Zuğulba çimərliklərindən götürülən su nümunələri fiziki-kimyəvi və bakterioloji tədqiqata cəlb olunub. Tədqiqatlar davam edir və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”,- məlumatda qeyd olunub.
Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün çimərlik mövsümünə hazırlıqla bağlı media-turda təşkil edib. Bildirilib ki, aidiyyəti üzrə təhlükəsizlik tədbirləri görülür. May ayından etibarən nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən yerli icra orqanlarının nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçirilib.
Xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr, sualtı təmizləmə işləri aparılır, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır. Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir.
Bütün təhlükəsizlik tədbirləri iyun ayının 15-inə qədər yekunlaşacaq və həmin vaxtdan etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Hazırda FHN tərəfindən çimərliklərdə təhlükəsizlik tədbirləri davam etdirilir.
Xidmətin şöbə rəisi Akşin Əlili vətəndaşlara müraciət edərək bildirib ki, əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyindən və belə yerlərdən istifadənin təhlükəli olduğundan xəbər verir.
İçib dənizə girmək, qadağan olunmuş ərazilərdə çimmək
Dəniz istirahəti əhalinin ən çox üstünlük verdiyi istirahət növlərindən biri olsa da, hər il dənizdə batan gənclərin hətta uşaqların sayında azalma müşahidə olunmur.
Teleqraf-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Hüseynov bu hadisələrin böyük əksəriyyətinin insan amili ilə bağlı olduğunu bildirir.
“Təhlükəsizlik qaydalarına əməl edilmədikdə, dəniz istirahəti həyat üçün riskə çevrilə bilər.
Müşahidələr göstərir ki, bəzi insanlar çimərlikdə davranış qaydalarına ciddi yanaşmır. Spirtli içki qəbul edərək dənizə girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək kimi məsuliyyətsiz hərəkətlər faciəyə səbəb ola bilər. Bu cür davranışlar təkcə şəxsi təhlükə yaratmır, ətrafdakılar üçün də təhlükə mənbəyinə çevrilir. Rəsmi çimərliklərdə təhlükəsizlik nəzarətdədir”.
Ekspert yalnız rəsmi və nəzarət olunan çimərliklərdən istifadə etməyi tövsiyə edir:
“Belə çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidməti fəaliyyət göstərir. Hər hansı fövqəladə hal zamanı operativ müdaxilə imkanı olur. Qeyri-rəsmi, nəzarətsiz ərazilərdə isə xilasedici xidmətlər olmadığı üçün hadisə zamanı insan həyatını xilas etmək çətinləşir. Rəsmi çimərliklərdə suyun dərinliyi əvvəlcədən ölçülür, təhlükəli ərazilər, daşlar və qayalıqlar təmizlənir. Həmçinin hava şəraiti, külək və dalğaların hündürlüyü nəzərə alınaraq xəbərdarlıqlar edilir”.
O.Hüseynov qeyd edir ki, sadəcə “dalğa var, çimmək olmaz” xəbərdarlığı kifayət etmir.
“İnsanlara dalğaların fiziki təsiri, axınlara düşən zaman nələrin baş verdiyi və boğulma anında orqanizmdə hansı proseslərin getdiyi barədə geniş məlumat verilməlidir. Həmçinin, çimərliklərdə qaydaları pozan şəxslərə qarşı inzibati tədbirlərin görülməsi vacib hesab olunur. Spirtli içki qəbul edib dənizə girənlər və qadağan olunmuş ərazilərdə çimənlər təkcə cərimələnməməli, həm də ictimai qınağa tuş gəlməlidirlər”.
Dəniz istirahəti əhalinin ən çox üstünlük verdiyi istirahət növlərindən biri olsa da, hər il dənizdə batan gənclərin hətta uşaqların sayında azalma müşahidə olunmur.
Teleqraf-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Hüseynov bu hadisələrin böyük əksəriyyətinin insan amili ilə bağlı olduğunu bildirir: