İranda partlayışların yeni dalğası: Tehran və İsfahan hədəfdə

14-06-2025, 08:56           
İranda partlayışların yeni dalğası: Tehran və İsfahan hədəfdə
İranın nüvə obyektlərindən birinin yerləşdiyi İsfahan şəhərində güclü partlayış səsi eşidilib.
Bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
"Tasnim" agentliyi xəbər verir ki, partlayış səsləri Tehranın şərqindəki Hakimiyyə və Tehranpars rayonlarında da eşidilib. İyunun 13-nə keçən gecədən İsrail və İran bir-birinə zərbələr endirir və ölkələr bir-birinə qarşı "Yüksələn aslan" və "Əsl vəd 3" hərbi əməliyyatlarına başlayıblar. IDF nüvə və hərbi obyektlərə, eləcə də yüksək rütbəli hərbçilərə hücum edib. İranda azı 78 nəfər ölüb, 320-dən çox insan yaralanıb. Buna cavab olaraq İran İsrailə bir neçə dəfə raket zərbəsi endirib. Yaralıların sayı 60 nəfəri ötüb. Bir qadın ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru