Kadırovla bağlı maraqlı görüntü - Xəstə olduğu barədə şayiələr daha da artır + VİDEO
Bu gün, 12:14
Çeçenistan başçısı Ramzan Kadırovun ağır xəstəlikdən əziyyət çəkdiyinə dair şayiələr getdikcə çoxalır.
“AzPolitika” xəbər verir ki, Kadırovla bağlı yayımlanan yeni video onun xəstəliyi mövzusunu yenidən aktuallaşdırıb.
Videoda Kadırovun yerli yol polisi idarəsinin rəisi İdris Çerxiqovla görüşü əks olunub. Videonun özü 35 saniyə çəkir, Kadırov isə orada cəmi 2 saniyə göstərilir.
Bu iki saniyə ərzində Çeçenistan lideri danışsa da, olduqca xəstə görünür və bir nöqtəyə baxır. Qalan vaxtlarda Çerxiqovu, Rusiya Federasiyasının və Çeçenistanın gerblərini, Putinin və Əhməd Kadırovun portretlərini göstərirlər.