Rusiyada İT milyarderi həbs edilib

Bu gün, 10:28           
Rusiyada İT milyarderi həbs edilib
Rusiyada İT milyarderi və “IBS” şirkətinin həmtəsisçisi Sergey Matsotski xüsusilə böyük miqyasda rüşvət işi üzrə Basmannı məhkəməsi tərəfindən qiyabi olaraq həbs edilib.

Bu barədə “Baza” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsi (“Xüsusilə külli miqdarda rüşvət vermək”) ilə ittiham olunur və buna görə milyarderi 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Sergey Matsotski “IBS” İT şirkətinin yaradıcılarından biri olub. 2020-ci ildə o, biznesi tərk edərək bir neçə İT şirkətini birləşdirən özünün “QS-İnvest” holdinqini yaradıb. 2023-cü ildə payını (47%) sataraq biznesi tərk edib.

KİV-in qiymətləndirməsinə görə, Matsotski Rusiyanın İT bazarında ən nüfuzlu 10 adamdan biridir. 2022-ci ilin avqustunda o, Rusiyanın ən böyük İT milyarderləri siyahısına daxil edilib və 18-ci yerdə qərarlaşıb.

Hazırda Matsotski Rusiya ərazisində deyil və buna görə də qiyabi həbs edilib. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru