"Meta" hindistanlı aktrisanın yerinə baş naziri "dəfn edib"

Bu gün, 12:27           
"Meta" hindistanlı aktrisanın yerinə baş naziri "dəfn edib"
"Meta"nın avtomatik tərcümə alqoritmi Hindistanın Karnataka ştatının baş nazirinin dəfni ilə bağlı başsağlığı verməklə ciddi səhvə yol verib.
Bu barədə NDTV telekanalı məlumat yayıb.

Şirkət məşhur hind aktrisası Saroca Devini siyasətçi ilə qarışdırıb və daha sonra buna görə üzr istəyib.

Məlumata görə, Karnataka Mədəniyyət İşləri Departamenti sosial mediada aktrisanın vəfatı ilə bağlı başsağlığı dərc edib. "Meta" isə yazını avtomatik olaraq ingilis dilinə tərcümə edərkən baş nazirin dəfn edildiyini yazıb.

Bu yanlış tərcümə əyalət hökumətinin dərhal reaksiyasına səbəb olub. Baş nazir Siddaramayya özü sosial şəbəkədəki paylaşımında bu məsələyə toxunub. O, "Meta"ya rəsmi məktub yazdıqdan sonra şirkət problemi etiraf edib və texniki xətanın aradan qaldırıldığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru