Adi notbukdan 100 000 dəfə sürətli superkompüter təqdim edildi

Bu gün, 15:58           
Adi notbukdan 100 000 dəfə sürətli superkompüter təqdim edildi
Böyük Britaniyada 225 milyon funt sterlinq (təxminən 514 milyon manat) dəyərində süni intellektə malik "Isambard-AI" superkompüteri rəsmi olaraq təqdim edilib.

"Guardian" xəbər verir ki, o, saniyədə 21 trilyon əməliyyat yerinə yetirmək qabiliyyətinə malikdir.

Mühəndis İsambard Kinqdom Brunelin adını daşıyan superkompüter xəstə inəkləri müəyyən edən, dəri xərçənginin aşkarlanmasını təkmilləşdirən, polisə təhlükəni qabaqcadan görməyə imkan verən portativ süni intellekt köməkçiləri yaratmaq üçün istifadə olunacaq.

"Isambard-AI" rəsmi olaraq Bristolda elm və texnologiya üzrə dövlət katibi Piter Kayl tərəfindən işə salınıb.

"Nvidia 5400" çipi ilə təchiz edilmiş superkompüterin adi notbukdan 100 000 dəfə daha sürətli işləyəcəyi bildirilir. O, əsasən nüvə reaktorlarından ayda təxminən 1 milyon funt sterlinq dəyərində elektrik enerjisi istehlak edəcək.

"Isambard-AI" hazırda Böyük Britaniyada ən güclü süni intellekt superkompüteri kimi tanınır. O, həmçinin ABŞ, Yaponiya, Almaniya, İtaliya, Finlandiya və İsveçrədəki analoji obyektlərdən sonra dünyada ən sürətli 11-ci kompüterdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru