İsrail Suriya ordusunun Homsdakı anbarlarına ZƏRBƏLƏR ENDİRDİ
Dünən, 10:14
İsrail Hərbi Hava Qüvvələri günün ikinci yarısında Suriya ordusunun ölkənin mərkəzi hissəsindəki Homs əyalətində yerləşən anbarlarına hava zərbələri endirib. Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail aviasiyası əyalətin inzibati mərkəzi olan Homs şəhərindən təxminən 100 km cənub-şərqdə yerləşən Şinşar bölgəsinə hücum edib. Hücumun nəticələri barədə hələlik məlumat verilməyib.
İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl Suriyanın hökumət qüvvələrinin Əs-Suveyda şəhəri və druzların kompakt yaşadığı əraziləri tərk etməyəcəyi təqdirdə hücumlarla bağlı xəbərdarlıq etmişdi.