İstanbul dialoqu nəticə verdi - 500 hərbçi azadlığa qovuşdu VİDEO
Dünən, 09:26
Rusiya və Ukrayna daha əvvəl İstanbulda əldə olunmuş razılaşmalara əsasən əsir mübadiləsi aparıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, rusiyalı hərbçilər hazırda Belarus ərazisində yerləşdiriliblər və onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Onlar Rusiya ərazisinə qayıtdıqdan sonra da müvafiq müalicə və reabilitasiya prosesi ilə təmin olunacaqlar.
Qeyd olunur ki, mübadilə 250-nin 250-yə formatında həyata keçirilib.