"Nasdaq"ın səhmləri 7% bahalaşıb

Dünən, 10:44           
"Nasdaq"ın səhmləri 7% bahalaşıb
"Nasdaq" birjasının rəhbəri yeni səhmlərin satışa çıxarılması sahəsində bazarın dirçəlməkdə olduğunu bildirib.
Blomberg xəbər verir ki, "Nasdaq" rəhbəri Adena Fridman ikinci rübdə gözləntiləri üstələyən mənfəət nəticələrinin ardınca bu sahədə nikbinlik siqnalları verdiklərini açıqlayıb.

Belə ki, 2025-ci ilin ilk yarısında "Nasdaq"da yeni səhmlərin satış göstəriciləri 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. "Chime" və "CoreWeave" kimi iri şirkətlərin bazara çıxışı investor marağının artdığını göstərir.

Şirkətin ikinci rüb üzrə mənfəəti bir səhmə görə 85 sent olub ki, bu da analitiklərin proqnozlaşdırdığı rəqəmi üstələyib.

Ticarət əməliyyatlarından əldə olunan gəlir 21% artaraq rekord səviyyəyə çatıb. "Nasdaq" həmçinin maliyyə texnologiyaları və proqram təminatı sahəsində də 10% gəlir artımı əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru