Qazax Rayonlararası Ruhi Xəstəxanada Ramiz Mansurov öz qanunları ilə işləyir FOTO

11-04-2017, 00:38           

teref.az-nun elektron poçtuna Qazax Rayonlararası Ruhi Xəstəxanasının baş həkimindən şikayət məktubu daxil olub. Məktubu sizin diqqətinizə çatdırırq:
Ramiz Mansurov üzün illərdi ki, xəstəxananın baş həkimidir. Bura əsl korrupsiya qaynağına çevrilib. Azmış kimi Gəncə Ruhi Xəstəxanası da ləğv eilərək, o da Ramiz Mansurovun himayəsinə keçib. Artıq baş həkim Mansurov ruhi xəstələr üzrə Qazax-Gəncə “qubernatorudur” O, bu sahəni əsl qazanc mənbəynə çevirib. Hələ bu günə kimi həmin xəstəxanadan sağalıb çıxan yoxdu. Çünki baş həkim xəstəxanaya verilən dərman pereparatlarından tutmuş ərazğına kimi özü istifadə edir. Onun Qazaxda şəxsi əmlakları, oğluna və qızına yüksək səviyyədə inşa etdirdiyi villalar onu göstərir ki, bu insan sırf rüşvətxordur.
Mənbənin verdiyi məlumata görə, Qazaxa icra başçısı təyin olunmuş Rəcəb Babaşovun xoş gəlişi də baş həkimin dəyirmanına su töküb. Belə ki, o, təbii olaraq rayona icra başçısı gələndə Qazaxdakı idarə, müəssisə və təşkilat rəhbərləri və onların müdirlik fəaliyyəti ilə tanış olub. Növbə Ramiz Mansuraova çatanda , bildirib ki, əvvəlki icra başçıları ilə necə işləmisiniz? Şikayətçi teref.azya yazır ki, Ramiz Mansurov asta və sərin danışığı ilə belə deyib: “ Cənab başçı, əvvələr, yəni bu günə kimi mən sabiq icra başçıları ilə 50-nin 50-yə işləmişəm. Ona görə ruhi xəstələrə yaxşı baxa bilməmişəm.“ Başçı isə bildirir ki, “Get, 100 –lə özün işlə. Ruhi xəstələrə hər cür imkan yarat!”
Bəli, başçının bu ifadəsi Ramiz Mansurovun qəlbini oxşayr. Elə həmin vaxtdan da Mansurov 100 faizin 70 faizini özünə sərf edir. İnanın ki, onun Qazaxda “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanındakı villası heç də nazirlərin villasından geri qalmayır. Hazırda son tamalama işləri gedən binaya bəlkə də yarım milyona yaxın vəsait xərclənib. Sual olunur, nə ilə? Mansurovun uzağı aldığı 300 manat əməkhaqqı ilə bunları necə etmək olar?
İcra başçısı Rəcəb Babaşov bilməlidi ki, Qazax Rayonlarası Ruhi Xəıstəxana bu gün acınacaqlı vəziyyətdədi. Kimsə özünü mələk donunda göstərməməlidir.
Ramiz Mansurov xəstəxanada güçünü Qazax səhiyyə şöbəsinin müdiri Arzu Novruzovdan alır. Çünki “yeməyin”, fiziki şəxslərə boş-boşuna pul köçürmələrinin izini hər ikisi əla bilir. Təlimata əsasən Qazax şəhər Poliklinikasına aid, yəni poliklinikanın işçiləri, psixiator və nevreoloq həkimlərin ruhi xəstəxanada oturmağı birbaşa Ramiz Mansurovun gəl-götürünə yüksək köməkdir. Bu qanunsuz bir işdir. Di gəl Qazaxda belə nöqsanlar Ramiz Mansurova görə gizlədilir.
Mansurovun ruhi xəstəxanada guya ciddi olması kimlərinsə gözlərinə kül üfürməsidir. Məsələn, ruhi xəstəxananın narkolqu evində laboratoriya açıb. Gecə, və ya istirahət vaxtlarında sərxoş sürücülər narkoloqun evində müayinədən keçirilir. Görəsən, bu harada yazılıb? Baş həkim sağlam gəncləri də ruhi xəstə adından çox asan şəklidə əlilliyə çıxara bilir. Onun verdiyi rəy heç vaxt dəqiq yoxlanılmayır. Adicə kiminsə ruhi xəstəxanada yatıb-yatmaması üçün verilən qanuni arayışın qiyməıti ötən ilə kimi 50 manat idi. Xəstələrin sayından artıq götürülən davə-dərman, ərzaq baş həkimim ehtiyyat fondu hesab edilir. Ruhi xəstəliyə tutlan vətəndaşların ailəsindən haqq-hesab alınmasa “xəstəxanada yer yoxdur” kəlməsi ilə evlərinə yola salınır.
Mənbə onu da bildirir ki, Qazax mərkəzi xəstəxanasının sabiq baş həkimi, mərhum Tapdıq Pənahovun zamanında Ramiz Mansurov yalnız Gürcüstana ruhi xəstəxananın yanacağını satmaqla məşğul olub. Buna kifayət qədər sübutlar da vardır. O yəqin ki, qırmızı rəngli “09” markalı minik avtomobilini və “Qico” adlı şəxsi də yaddan çıxarmamış olar...
Qazaxlılar yaxşı bilirlər ki, Ramiz Mansurovun atası, mərhum Dursun Mansurov adicə Qazax şəhər 1 saylı orta məktəbin direktoru olub. Yəqin ki, o da Mansurova bu qədər var dövlət qoyub gedə bilməzdi. Belə çıxır ki, Ramiz Mansurovun bu səviyyəyə çatmasında yeganə amil ruhi xəstəxanada yaratdığı rüşvətxorluq və korrupsiya amildir.
P.S. Yazı materialı ruhi xəstəxananın baş həkimi Ramiz Mansurovda narahatçılıq yaradırsa, onun da münasibətini bildirməyini xahiş edirik.
Oruc Mayılov
teref.az olaraq qeyd etmək istəyirik ki, bir müddət əvvəl bu xəstəxana ilə bağlı mediada yazılar dərc edilmişdi və xəstəxanadan heç bir münasibət bildirməmişdilər.
Biz dəfələrlə xəstəxana ilə əlaqə saxlamaq istəək də bizə cavab verə bilən bir səlahiyyətli adam tapa bilımədik.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verə bilərik!













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.