General Nəcməddin Sadıqovun oğlu "avtoşluq" elədi - Yol polisini işdən qovdular

9-07-2015, 17:52           
General Nəcməddin Sadıqovun oğlu "avtoşluq" elədi - Yol polisini işdən qovdular
Dünən axşam saatlarında kobud qayda pozan sürücü ilə yol polisi arasında dava düşüb.

teref.az aznews.az-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Cavanşir Lətif oğlu Qasımov avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayaraq, ondan sənədləri tələb edib. Bu zaman o, sənəd əvəzinə ağır söyüşlər “alıb”. Bundan əsəbiləşən polis əməkdaşı daha ağır ifadələrlə sürücünü təhqir edib və tərəflər arasında dava düşüb.
Yalnız ətrafdakıların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Sonda sürücü sənədlərini təqdim etmədən ərazini tərk edib.

Yol polisi səhər işə gəldikdə sürprizlə qarılaşıb. Məlum olub ki, axşamkı hadisəyə görə onu işdən azad ediblər. O da məlum olub ki, saxladığı sürücü general, Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıqovun oğludur.

Məlumat üçün bildirək ki, N.Sadıqovun iki oğlu var.
Kiçik oğlu Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. Böyük oğlu isə Xarici İşlər Nazirliyində çalışır.

Xatırladaq ki, oxşar hadisə bu gün Şamaxı rayonunda da baş verib. Məlumata görə, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Kərəm Həsənovu tanımayan polislər onunla kobud danışıb. Kərəm Həsənov yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Şamaxının yol polis rəisi Mübariz Fətəliyev işdən çıxarılıb.
Həmin şöbədə çalışan bir neçə əməkdaş da inzibati qaydada cəzalandırılıb.
Tumar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.