“Tuna” şirkəti işçilərinə belə atıb - Saxta əmək müqavilələri

15-07-2015, 21:48           
“Tuna” şirkəti işçilərinə belə atıb - Saxta əmək müqavilələri
Azərbaycanda iri şirkətlərdən birində qanunsuzluq aşkarlanıb. Belə ki, “Tuna” şirkətinin işçiləri ilə bağladığı əmək müqavilələrinin saxta olduğu üzə çıxıb.

Bu barədə aznews.az-a hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib. Bildirib ki, ona müraciət edən Məlahət İbişova adlı vətəndaş (“Tuna”ın keçmiş əməkdaşı) şirkət tərəfindən aldadılıb.
Hüquqşünasın sözlərinə görə, hüquqlarını müdafiə etdiyi M.İbişova 01.07.2011-ci il tarixli müddətsiz əmək müqaviləsi ilə “Tuna” şirkətinə “Rasplasat sexinə kəsməçi” vəzifəsinə işə başlayıb. Sözügedən əmək müqaviləsi “Tuna” şirkətinin direktoru Çuluqov Rəşid Yasin oğlu tərəfindən imzalı möhürlə təsdiq edilib.
01.04.2013-cü ildə isə M.İbişova yeni vəzifəyə təyin edilib və onunla yeni əmək müqaviləsi imzalanıb. 2014-cü ilin aprel ayında o, işdən azad edilib. Lakin əmək kitabçasında onun son 1 ildə çalışdığı əmək stajı qeyd edilib. M.İbişova məsələ ilə bağlı müəssisə rəhbərliyinə şikayət etdikdə isə Çuluqov Rəşid tərəfindən 3 il aldadıldığını eşidib. Ona 2011-ci ildə imzalanmış əmək müqaviləsinin “Tuna” şirkətinə aid olmadığı və müqavilədəki imza və möhürün saxta olduğunu bildiriblər.
Zərərçəkən məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edilib. Hazırda iş Nizami Rayon Prokurorluğundadır.
Məlumat üçün bildirək ki, Tuna Printing & Publishing & Packaging Company ( “TUNA” şirkəti) 18 iyun 1998-ci ildən fəaliyyət göstərir. Şirkət hazırda kağız, qablaşdırma və plastik istehsalı ilə məşğul olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru