Dinc şəraitdə rəhmətə gedən qardaşına şəhid statusu alan başçı-İLGİNC FAKTLAR

12-10-2017, 09:36           

Sovet dönəmində olduğu kimi müstəqillik illərində də rayon rəhbərləri bölgələr üçün “balaca padşahlar”a çevrilib. “Birinci katib” stasusu yalnız ad olaraq dəyişib, forma və məzmunca isə sadə vətəndaş üçün situasiya daha da ağırlaşıb. Eyni zamanda yeni dönəmin “balaca padşahları” öz fəaliyyətləri, müxtəlif olaylar və xobbiləri ilə daha çox təəccübləndirir.
Oxucular üçün maraq doğuracağını nəzərə alıb icra başçıları haqda yayılan məlumatlar əsasında onların portretini çızmağa çalışırıq. İndi isə ölkənin ən çox vəzifə başında qalan məmuru Xocavənd rayonu icra başçısı Eyvaz Hüseynov haqqında danışacayıq. Ölkə mətbuatında çoxsaylı araşdırmalar aparılıb, hansı nazirin və ya nazir müavininin neçə il vəzifə başında qalması araşdırılıb, amma nədənsə bu zaman diqqətdən qaçıb ki, Eyvaz Hüseynov nə az, nə çox – düz ilə yaxındır ki, Xocavənd rayon icra hakimiyyətinin başçısı postunda əyləşib. Maraqlıdır, bəs
Ölkənin ən “stajlı” məmuru olan Eyvaz Hüseynov kimdir?
Realmedia.az olaraq bu yazımızda onun fəaliyyətində görünməyən və özünün də ciddi-cəhdlə ört-basdır etməyə çalışdığı qaranlıq məqamlara aydınlıq gətirəcəyik. Məlumat üçün bildirək ki, Eyvaz Hüseynov hələ 1992-ci ildə o zaman Milli Məclisin sədri postunu tutan İsa Qəmbər prezidentin səlahiyyətlərini icra edəndə onun sərəncamı ilə Xocavəndə icra başçısı təyin olunub. Ondan sonra Əbülfəz Elçibəy prezident olanda da onu vəzifəsində saxlayıb. Sonrakı illərdə də bu dəyişməz qalıb və beləliklə Eyvaz Hüseynov bu minvalla ölkənin ən uzunömürlü məmuru ünvanını qazanmış olub.
Bununla bağlı bir çox xəbər portallarının verdiyi məlumata görə, Eyvaz Hüseynovun siyasi keçmişi kifayət qədər şübhəli məqamlarla zəngindir. Məlumatlarda vurğulanır ki, özünü Qarabağ döyüşçüsü kimi təqdim etməyi xoşlayan Eyvaz Hüseynov əslində müəmmalı hərbi-siyasi oyunların əsas iştirakçılarından biri olub. Hələlik isə digər məqamlara işıq salaq…
“Qardaş təbliğatından” daha çox mənfəət
Zaman-zaman Qarabağ qazisi, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun qardaşı İbad Hüseynovun şişirdilmiş təbliğatı ilə bağlı müzakirələr yenidən mətbuatın gündəminə çıxarılıb. Bu mövzuda digər bir Qarabağ qazisi, Tofiq Cəfərovun mətbuata verdiyi açıqlamalar xüsusilə ictimaiyyətin marağına səbəb olub. Öz müsahibəsində Tofiq Cəfərov hətta bu təbliğatı insan ləyaqətinə yaraşmayan bir hərəkət kimi qiymətləndirib: “İbad Hüseynovun təbliğatı ilk dəfə mənə təklif olundu. İmtina etdim, dedim ki, mən belə əclaflıq edə bilmərəm. Hələ mən Ağcabədinin Mudafiə Batalyonunun komandiri olanda, Xocavənd rayonu ərazisini, Əmiralılar, Kurapatkin və Muğanlı kəndlərini, yerli kiçik dəstələrlə və yerli polis işçiləri ilə birlikdə bizim batalyon mudafiə edib. Onda İbadı heç kim tanımayıb və belə bir könüllü əsgər olmayıb. İndi bu İbad Hüseynov ağlına gələni uydurur. İbad Hüseynovun bu yalançı təbliğatının arxasında başqa məqamlar dayanır. O, özünü qəhrəman kimi tanıdıb biznesini qorumağa çalışır…”
Məlum olduğu kimi, İbad Hüseynovun təbliğatında xüsusilə diqqət mərkəzinə çəkilən məqamlardan biri, onun guya ki, məşhur erməni qatili Monte Melkonyanı öldürməsilə bağlıdır. Lakin öz müsahibəsində Tofiq Cəfərov bu iddianın da həqiqətə uyğun olmadığını vurğulayır: “Monte alçağı kimin öldürdüyü artıq sübut olunub. Montenin olduğu UAZ-ı 708-ci briqadanın əsgərləri BMP topundan açılan atəşlə vurublar. Bu bərədə yalnız 3 gün sonra Rusiyanın “Vremya” verilişi xəbər verəndə bilindi ki, BMP ilə vurulan UAZ-da Melkonyan da ölüb. İbad isə, bu yalanları uydurmaqla, qazilərimizin və şəhidlərimizin ruhunu incidir. İbadın etdikləri döyüşçüyə, qaziyə yaraşmayan bir hərəkətdir. Bir iki belələri var, qazi adından istifadə edirlər. Yarı canını muharibədə itirənlər bunlar qədər danışmırlar. Bu təbliğatlar həm siyasi, həm də maddi qazanc üçün aparılır. Son zamanlar bir neçə Qarabağ döyüşçüsü qəhrəmanlıq xəstəliyinə tutulub. İbad da onlardan biridir. Lakin İbadın maddi durumu yaxşı olduğu üçün özünə daha yaxşı təbliğat qurub. İbad heç vaxt kəşfiyyat komandiri olmayıb və heç vaxt, ona xüsusi əməliyyat tapşırığı verilməyib. Onun söylədikləri Xususi Təyinatlı Kəfiyyat Rotasının etdikləridir…”
Eyvaz Hüseynovu xarakyerizə edən daha bir məqam. Onların bir qardaşları da İlyas Hüseynov olub. Rəhmətlik döyüşlərdə olub , vuruşub. Ancaq öz əcəli ilə 2000-ci illərdə keçinib. Eyvaz Hüseynov və qardaşı “qəhraman İbad” dinc vaxtı rəhmətə gedən qardaşlarının şəhid statusu almasına yardımçı olublar. Təsəvvür edirsiz, evində ölən adama şəhid statusu…
Bu ailəyə qonaq gəlib gedən Ruslanın kimin oğlu olması, anasının milliyyəti, düşmən ölkənin diasporası ilə əlqqəsi isə ayrı yazının mövzusudu. Bizi izləyin.
Mənbə.Realmedia.az
teref.az olaraq adları çəkilən şəxslərin fikirlərinə yer vermyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.