Elman Quliyev və “Yeni Yaşma” bağları

18-10-2017, 00:17           
Elman Quliyev və “Yeni Yaşma” bağları
Hikmət Cəfərov 365info-ya danışdı: “Mənim adımı çəkməyin”

İki gün əvvəl 365info saytı “Əli Həsənovun sağ əli ifşa olundu” başlıqlı yazı dərc etmişdir.

Yazıda Qaçqınkomun milyarder boz kardinalından söhbət açılırdı: “Bir müddət əvvəl ölkə mətbuatı Qaçqınkomda Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu, qanunsuz yolla sahib olduğu mülklərinin azacıq bir hissəsi barədə yazmışdır.

“Azacıq bir hissəsi..” ona görə ki, bu məmurun əmlakının siyahısı bir-iki məqaləyə sığan deyildi. Və onun barəsində ölkə mətbuatında gedən yazılardan sonra o Qaçqınkomun sədri Əli Həsənovun qəzəbinə tuş gəldi. Üstündən bir müddət keçəndən sonra isə P.Əliyev demək olar ki, Qaçqınkomdan didərgin düşdü. P.Əliyev iki il bu barədə heç kimə məlumat verməyib.

Ancaq əldə etdiyimiz məlumata görə o artıq sükutu pozub.Belə ki, P.Əliyev 9-cu mikrorayonda yerləşən çayxanada bir neçə jurnalistlə görüşərək Qaçqınkomun mətbuata sirli qalan kadrlarından məlumat verməyə başlayıb.

Bu görüşü isə onun üçün Xırdalanda poçtda işləyən Hikmət adlı dostu təşkil edib. Pənah Əliyevlə görüşən jurnalistlərdən birinin 365info.az saytına verdiyi məlumata görə P.Əliyev Əli Həsənovdan çox komitənin Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsində sektor müdiri vəzifəsində çalışan Elman Quliyevdən yanıqlı olduğunu söyləyib. P.Əliyev deyib bu şəxs sektor müdiri olsa da özünü hamıya Əli Həsənovun müavini kimi təqdim edir. E.Quliyevin ən çox qorxub ehtiyat etdiyi adam “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev olub.

365info.az saytına məlumat verən mənbə bildirir ki, E. Quliyev H.Vəliyevə bir neçə yerdə qaçqın evi verib. Sonra hətta H.Vəliyev üçün bir neçə rayonda öz hesabına villa tikdirib. Bü şəxs hər zaman çalışıb ki, mətbuatda adı hallanmasın. P.Əliyev vurulub vəzifədən çıxarılandan sonra onun halına ən çox sevinən E. Quliyev olub”. Bu yazı böyük səs-küyə səbəb olduğu üçün Pənah Əliyevin dostu Hikmət Cəfərov 365info saytı ilə əlaqə yaradaraq xahiş edib ki, jurnalistlər onun yox, Pənah Əliyevin qohumlarının adlarını mətbuatda çəksinlər: “Mən poçt işçisiyəm və ayda 200 manat əmək haqqı alan adamam, xahiş edirəm mənim adımı bu böyük oyunlarda hallandırmayasınız.”

Məlumat üçün bildirək ki, Qaçqınkomla bağlı gedən yazılardan sonra , redaksiyamıza zəng edən şəxslərdən biri bildirib ki, yazıda haqqında bəhs edilən Quliyev Elman Şahlar oğlu əslən Fizuli rayonundandır və Əli Həsənovun yaxın qohumudur.

Mənbənin dediyinə görə E.Quliyev Sumqayıt ərazisində yerləşən “Yeni Yaşma” bağlarında hektarlarla torpaq sahəsi alıb və orada özü üçün yaxşı şərait quraraq villalar tikib, hətta tez-tez dəniz qırağına balıq yeməyə gedir.



Məlumat üçün bildirək ki, redaksiyaya daxil olan məlumatdan sonra biz də “Yeni Yaşma” bağlarına üz tutaraq Elman Quliyevin tikdirdyi bağı tapıb seyr elədik.

Hətta hər bir vətəndaşa bölgü ilə adambaşına 6 sot verilən torpaq sahəsinin Elman Quliyevin hektarlarla necə ala bilməsi bizə çox maraqlı gəldi…

Elman Quliyevlə bağlı araşdırmamız davam edir,

bizi izləyin..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.