“Nikoil Bank” dakı böyük talanın pərdə arxasında nələr və kimlər gizlənir?
20-10-2017, 23:00
“Nikoil Bank”ın keçmiş sədri Vasili Xamaza və komandasının bankdan çıxardıqları vəsaitlərin həcmi 20 milyondan qat-qat çoxdur
“Nikoil Bank”ın idarə heyyətinin keçmiş üzvü Emil Məmmədov və digər şəxslər taladıqları milyonlar hesabına böyük bir zavod inşa ediblər.
Bu barədə məlumatı AzMedia.info saytına “Nikoil Bank”da baş verən prosseslərdən yaxından tanış olan mənbə bildirib. Mənbə qeyd edir ki, Vasiliy Xamazanın keçmiş “komandası” onu qurban verməklə bank talançılığı ilə bağlı açılmış cinayət işindən yayınmağı hədəfləyirlər
Qeyd edək ki, ötən gün dövrü mətbuatda “Nikoil Bank”-ın keçmiş sədri Vasiliy Xamazaya qarşı cinayət işinin başlanması və bankın nə qədər vəsaitini mənimsəməsi ilə bağlı məlumatlar yayıldı. “Report”un əldə etdiyi xəbərdə deyilirdi ki, V.Xamaza bankın 20 milyon manatdan artıq vəsaitini mənimsəyib.
Vasiliy Xamaza və onun komandasının mənimsədiyi milyonlar barəsində xeyli vaxtır ki, bank daxilində təhqiqat aparılır.
Hazırda Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq davam etdirilir. Bundan başqa, “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC- də onlara dəyən ziyanın məbləğini müyyənləşdirmək üçün araşdırma aparır. Məlumata görə, V.Xamazanın bankdan mənimsədiyi pulların məbləği daha çox ola bilər.
Xatırladaq ki, Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Xamaza Vasiliy Viktoroviç barəsində cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.
“Nikoil Bank” da baş verən hadisələrlə AzMedia.info-ya daxil olan məlumata görə keçmiş sədr Vasiliy Xamaza və onun komandasının mənimsədiyi milyonlar barəsində xeyli vaxtır ki, bank daxilində təhqiqat aparılır. Hətta bir çox qaranlıq maliyyə əməliyyatları ilə bağlı şikayətlər keçən ildən hüquq mühafizə orqanlarına təqdim edilib. Ancaq hansısa bilinmiyən səbəblərdən həmin şikayətlərlə bağlı tədbir görülməyib.
Lakin artıq vəziyyət tam dəyişib. Bankın hazırkı rəhbərliyi və əsas sahibi Vahid Ələkbərov başda olmaqla hər kəs keçmiş rəhbərliyin cəzalanmasını istəyir. Çünki keçmiş komanda sözün əsl mənasında bankı çapıb-talayıb.
“Nikoil Bank” öz İdarə Heyəti tərəfindən talan edilib.
“Nikoil Bank”da baş verən prosseslərlə bağlı AzMedia.info-ya daxil olan məlumatda bildirilir ki, “Nikoil Bank”ın keçmiş sədri Vasili Xamaza və komandasının bankdan çıxardıqları vəsaitlərin həcmi 20 milyon yox, daha çoxdur. Qeyd edək ki, banedan 20 milyon manat vəsaitin mənimsənilməsi ilə bağlı məlumat üç gün öncə yayılanmışdı. Ancaq hazırda Vasiliy Xamaza ölkədən qaçıb və Rusiyada yaşadığı deyilir. Normalda Vasiliy Xamazanın Rusiyada həbs edilib Azərbaycana təhvil verilməsində heç bir problem olmamalıdır. Elə bu üzdən də Xamazanın Rusiyada gizlənməsi bir sıra suallar ortaya çıxarır.
Bank daxiində gəzən söz söhbətlərə görə isə Vasiliy Xamaza “Nikoil Bank”ın əsas sahibi Vahdi Ələkbərovun qorxusundan Rusiyadan Avropaya qaçaraq orada gizlənib. Çünki Rusiyada Xamazanı cəzalandırmaq yaxud Azərbaycan hüquq mühafizə orqanlarına təhvil vermək Ələkbərov üçün çox asan bir məsələdir.
Bankın talanında Vasiliyi Xamazanın komandasında əsas fiqur idarə heyyətinin keçmiş üzvü Emil Məmmədovdur.
Vasiliy Xamazanın Avropa ölkələrindən birinə qaçmasını isə Azərbaycandakı tərəfdaşlarının planı olduğu iddia edilir. Verilən məlumata görə “Nikoil Bank”da mənimsənilən milyonlarla dollar vəsaitlərin bir hissəsini məhz V.Xamazanın bankdakı komandası “cibindədir”. Yəni o pullar Azərbaycandan kənara çıxmayıb.
Saytımıza verilən məlumata görə keçmiş komandanın maliyyə maxinasiyalarını üzə çıxartmaq üçün bankda yaradılan komisyaının hesabatına görə əsas maxinatorlar sədr Vasiliy Xamaza, İdarə heyyətlərinin üzvüləri Emil Məmmədov, Zaur Abıyev, Fazil Hüseynov, Ayxan Rüstəmzadə və digər yetkili şəxslər rol alıblar.
Adları çəkilən idarə heyətinin üzvləri bankın keçmiş sədri Vasili Xamaza ilə əlbir olaraq saxta sənədlər altında bankdan külli miqdarda vəsaitlər çıxardıblar. Keçmiş komandanın onlarla sahibkara verdiyi milyonlarla kreditlərin qaytarılmasında ortaya çıxan nüanslar isə həqiqətəndə dəhşətlidir. Belə ki, sahibkarlara verilən kreditlərin əvəzində “Nikoil Bank”a qoyulan girovlarının qiymətlərinin 5, hətta 10 dəfə az olmasına baxmayaraq, girovların qiyməti şişirdilib. Mənbə bildirir ki, bu yolla bankdan çox ciddi, hətta fantastik məbləğlər mənimsənilib. Bir sözələ “Nikoil Bank” öz İdarə Heyəti tərəfindən talan edilib.
Bundan başqa bankın keçmiş yetkililəri öz yaxın adamlarının adına milyon manatlarla dəyərində kreditlər götürərək, aidiyyatı olmayan işlər üzrə istifadə etdikləri deyilir. Verilən məlumata görə Xamaza və keçmiş komandası bankdan çıxartdıqları külli miqdarda vəsaitlərin bir hisəsinin hesabına Bakıda böyük bir zavod inşa ediblər. Hazırda həmin zavodun fəaliyyət göstərdiyi və keçmiş komandanın bir neçə nəfərinin burada payçı olduğu deyilir.
Faktiki olaraq bankdan oğurlanan məbləğin 100 milyon dollardan çox olduğu qeyd olunur.
Bankdakı mənbənin verdiyi məlumatda deyilir ki, bankın talanında Vasiliyi Xamazanın komandasında əsas fiqur idarə heyyətinin keçmiş üzvü Emil Məmmədovdur. Məhz bankdan çxıarılan pullar hesabına yaradılan şirkət və zavodun idarə edilməsi işinədə bu şəxs nəzarət edir. İddiaya görə “Nikoil Bank” da girov qoyulan əmlkaların qiymətlərinin şişirdilməsində rol alan şəxslərdən biri də bankın hüquq departamentinin keçmiş rəhbəri Ayxan Rüstəmzadə olub.
Aldığımız məlumata görə bankdakı keçmiş “komanda” maliyyə maxinasiyalarını keçmiş sədr V.Xamazanın üstünə atmaqla məsələni bağıamaq istəyirlər. Yəni bütün cinayət işini keçmiş sədrə yükləməklə, cinpyət məsuliyyətindən yayınmaq istəyirlər. Faktiki olaraq bankdan oğurlanan məbləğin 100 milyon dollardan çox olduğu qeyd olunur.
Xamaza və keçmiş komandası bankdan çıxartdıqları külli miqdarda vəsaitlərin bir hisəsinin hesabına Bakıda böyük bir zavod inşa ediblər.
Deyilənə görə Emil Məmmədov bu plan barədə artıq V.Xamazadan da razılıq alınıb. Keçmiş sədr isə bu plana ona görə razilıq verib ki, onun Azərbaycana gətirilməsinin qarşısını alacaqlarını və bir müddətdən sonra prosesi təmiz bağlayaqcaları sözünü veriblər.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə “Nikoil Bank”I talayan keçmiş sədr Vasiliy Xamaza, idarə heyyətinin üzvüləri Emil Məmmədov, Zaur Abıyev, Fazil Hüseynov və digər yetkili şəxslərin bankda həyata keçirtdikləri maxinasiyalarla bağlı oxucularımıza daha ətraflı məlumatlar verəcəyik.