Azercellin abunəçilərə “999” cu fırıldağı – FOTO
23-10-2017, 09:21
“Azercell” abunəçinin hesabından pul oğurlamaqda ittiham edilir.
“Azercell” abunəçinin hesabından icazəsiz olaraq 9 azn məbləğində pulu “Həyat” fonduna göndərib. Milletinsesi.info – nun xəbərinə görə bu barədə sosial şəbəkə istifadəçisi Nurlan Adilov öz facebook hesabında yazıb:
“Azercell yenə iş başında.. İndi təzə oyun qurublar. Dünən axşam anam deyir ki, al bax , məndən 9 azn pul çıxıblar. Baxıram, yazılıb ki, siz həyat fonduna 9 azn köçürdünüz. Zəng edirəm ki, bu nə məsələdir? Operator deyir ki, siz 999 a zəng etmisiniz. Baxıram jurnala heç elə nömrə yoxdu. Bunlar artıq ağın çıxarıb. Bir dənə bu işə baxan yoxdu . Oyunu elə qurublar ki, deyir bəlkə əlin dəyib 3 dənə doqquz yığılıb gedib. Deyirəm jurnalda yoxdu axı! Deyir ki, zəng et həyat fonduna şikayətini bildir . Buda yeni fırıldaq… Zəng edim kontur çıxsın və bundanda qazansınlar. Dəzgahı quran özləri kiməsə zəng et deyir. Haramınız olsun, heç sağ işlətməyəsiz. Hər 2 nömrəmdən 8 azn internetə görə tutmuşdular .İnterneti olmayan telefonda da bele fırıldaq qurublar. Bunlara bir dur deyən yoxdu?”
Qeyd edək ki, bu paylaşımdan sonra sosial şəbəkə istifadəçiləri rəy bildirərək Azercellin ünvanına tənqid və təhqir yağdırıblar.