"Atlas" klinikasında pul tələsi: - 39 AZN-lik paket təklif edib, 300 manat alırlar

25-10-2017, 08:56           

teref.az press.az-a istinadən xəbər verir ki, Bakıda fəaliyyət göstərən "Atlas" klinikasının vətəndaşları aldatdığı iddia edilib. Bu barədə saytımıza klinikaya müraciət edən Həsənov Mübariz adlı vətəndaşın bacısı qızı Günel xanım məlumat verib.
O bildirib ki, vətəndaşların məlumatsızlığından istifadə edib onlardan artıq pul alırlar: ""Atlas" klinikası hər kəsə reklam xarakterli sms yollayır ki, 250 manatlıq "Check-Up" 39 manat dəyərindədir. Bu qiymətə daxil olan analizlərin siyahısını da yollayıblar. Ancaq xəstə "Check-Up" üçün xəstəxanaya pul ödəndikdən sonra həkimlərin otaqlarına yönləndirirlər. Klinikada xəstələri bu qiymətə inandırsalar da, 150-200 AZN arası xərcləri çıxır.
Çünki xəstənin ödədiyi paketə daxil olmayan xidmətlər təklif olunur və müxtəlif həkimlərin yanına göndərilər. Belə olan halda xəstənin ödədiyi məbləğ 300-400 AZN-ə qədər gəlib çıxır.Təbii ki, bunu hər kəsə qarşı edə bilmirlər, anlayışı olmayan insanlardan istifadə edirlər". Günel xanımın sözlərinə görə, analoji hal bir neçə insanın başına gəlib: "Buna görə narahatam. Yaxınımın başına gəlib deyə istəmirəm başqaları da bundan zərər görsün. İnsanları niyə aldadırlar?
Sözügedən məsələ ilə bağlı baş həkimlə danışmağa cəhd etdik. (055) 214-09-03 nömrəsi ilə əlaqə saxladıq. Operator xanıma baş həkimlə danışmaq istədiyimi, şikayətimi bildirdim. Operat xanım isə öz növbəsində təhqirlə cavab verib, telefonu üzümə qoydu". Məsələ ilə bağlı sözügedən nömrəyə zəng etdik. Operator xanıma şikayətlə bağlı məlumat verdik. O, isə eyni hərəkəti təkrar etdi. "Atlas Klinikası" ilə əlaqə saxladıq. Klinikanın "Müştəri xidmətləri" şöbəsindən bildirdilər ki, "Check-Up" müayinəsinə daxil olmayan xidmətlər məcburi deyil: "Bizə gələn xəstələrin heç birinə məcburi xidmət təklif etmirik. Əgər sözügedən paketə daxil olmayan müayinələrdən keçiblərsə, deməli, digər analizlərin cavabında başqa problemlər ortaya çıxıb.
Yəni, sözügedən xəstədə də hər hansısa problem aşkarlanıb deyə başqa digər həkimlərə yönləndiriblər. Belə "Check-Up" paketinə standart 39 manat qiymət qoymuşuq. Bura daxildir, qan analizi, sidiyin analizi, qanda şəkər, hepatit, USM, kardioqrama, terapevt, nervpotoloq və sonuncu həkim sərbəstdir, hansı həkimi istəyirsə, onun müayinəsindən keçə bilər. Qaldı ki, operatorun xəstəni təhqir etməsinə, bunu ayrıca araşdırıb, məlumat verəcəyik".
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.