Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu – FOTO+VİDEOFAKT

26-10-2017, 10:22           

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin adı növbəti qalmaqala qarışıb.

Demək olar ki, Goranboy rayonu mediada ən çox tənqid olunan rayonlardan biridir. Bunun da bəlli obyektiv və subyektiv səbəbləri var. Məsələ burasındadır ki, rayonda ciddi şəkildə xaotik mühit hökm sürür. Əhali məmur özbaşınalığından təngə gəlib, sahibkarlar intihar həddinə çatmaqdadırlar.

Redaksiyamıza daxil olan növbəti foto və videofaktlar isə sözün hər mənasında Nizaməddin Quliyevin rayona göstərdiyi "diqqət” və "qayğısının” bariz nümunəsidir.

Məsələ burasındadır ki SAFIKÜRD kənd tam orta məktəbi ilə bağlı kənd əhalisi dəfələrlə yuxarı instansiylara şikayət ərizələri yazıblar. Rayon poçt idarəsindən çıxa bilməyən məktubların səsini kənd camaatı hələ də gözləməkdədir. Sakinlər yazdıqları məktublarda 10 ilə yaxındırki, cavab gözləyirlər. Dövlət məktəbin tikintisi üçün pul ayırır, icra başçsının müavinin imzası ilə təsdiq olunan sənəddə göstərilir ki, məktəbin 1-ci mərtəbəsinin təmiri tam başa çatıb, 2-ci mərtəbə isə 2017-ci il ərzində başa çatacaq.

Görünən dağa nə bələdçi...

Təqdim edəcəyimiz videolarda, fotolarda məktəbin halı tam təfərrüatı ilə görünür. Qışda soyuqdan donan uşaqların bir qismi ciddi xəstəliyə düçar olublar (red., Foto əlavə olunub). Qızlar tualeti isə növbəli sistem əsasında işləyir. (red., Foto əlavə olunub) Belə ki, bir qız şagird tualetə daxil olanda qapının olmaması səbəbindən sinif yoldaşı tərəfindən qorunmalıdır. Bu sadəcə biabırçılıq deyil. Bu həm dövlətə xəyanətdir, həm də dövlət başçısına. Sağlam uşaqları həm fiziki, həm də zeyni cəhətdən şikəst edən icra başçısına başqa ad qoymaq zatən mümkün deyil. Hesab edirəm Hesablamalar Palatası və digər aidiyyatı qurumlar bu rayonda obyektiv yoxlamalara başlasalar dövlət xəzinəsinin milyonlarla vəsaitinin dağıdıldığının şahidi olacağıq.

Mövzunu davam etdirəcəyik.
7NEWS.az
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dərc edə bilərik!
teref.az





Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu – FOTO+VİDEOFAKT







[media=https://www.youtube.com/watch?v=4djZ-FrtQNM]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.