Gəncə təhsilində BİABIRÇILIQ!- GDU-nun müəlliməsi orta məktəbi təftiş edir

29-10-2017, 19:52           
Gəncə təhsilində BİABIRÇILIQ!- GDU-nun müəlliməsi orta məktəbi təftiş edir
Gəncə şəhəri,14 saylı tam orta məktəbin bir qrup müəllimi işlədikləri məktəbdə baş verən biabırçılıqla bağlı saytımıza məktub göndərib.Müəllimlərin bizə göndərdiyi
məktubu olduğu kimi sizlərə təqdim edirik:

"Gəncə şəhərindəki Mikayıl Müşfiq adına 14 saylı məktəbin direktoru Qasımov Elnur Fazil oğlu məktəbi idarə edə bilmir. Bu direktor da Mikayıl Cabbarovun yararsız kadrlarından biridir. Məktəbdə tədris prosesinin çox aşağı səviyyədə olması, IX, X, XI sinif şagirdlərinin dərsə gəlməyərək repetitor yanına getməsi, məktəbdə şagirdlərdən pul yığılması və s. kimi amillər artıq bütün məktəblərdə ənənə halını alıb. Lakin biz başqa bir faktdan danışacağıq.

Xeyli müddətdir ki, məktəbimizə bir nəfər müəllimə vaxtaşırı olaraq gəlir. Bu müəllimə məktəbə gələrək, özünü professor və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi kimi təqdim edərək, dərslərin keyfiyyətini yoxlamaq məqsədi ilə gəldiyini bildirirdi. Təcrübəsiz və naşı direktorumuz isə ondan heç bir sənəd tələb etmədən bu xanımın fəaliyyətinə şərait yaradırdı. Bu günlərdə yenə də həmin xanım dərs otaqlarının birinə girib, dərsin gedişinə müdaxilə edərək müəllimənin savadsız olduğunu deyib və onu dərsdən çıxardıb. Nəticədə müəllimə əsəb sarsıntısı keçirmiş, hüşunu itirmiş və nəticədə məktəbə təcili yardım maşını çağırılmışdır.

Sonradan məlum olub ki, bu şəxs heç də professor deyil və Təhsil Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Məlum olmuşdur ki, bu şəxs Gəncə Dövlət Universitetinin Təsviri-incəsənət kafedrasının müəllimi Səidə Abdulla qızı Tağıyevadır.

Biabırçılığa bir baxın - "mən professoram" deyib məktəbin direktorunun üstünə şığıyan bu qadın cəzasızlıqdan qorxmayaraq direktoru və dərs hissə müdirini təhqir edib, "işləyə bilmirsiz, çıxın cəhənnəm olun" deyə onlara qışqırıb, direktorun iş planını, sinif jurnallarını, pedaqoji şuranın sənədlərini, əmrləri yoxlamaq üçün tələb etmişdir. Bacarıqsız və təcrübəsiz direktor isə aldanaraq onun bütün göstərişlərinə tabe olub. Direktor o dərəcədə təcrübəsizdir ki, Gəncə şəhər Təhsil İdarəsinə belə bu haqda məlumat verməyib.

Sonradan bizə məlum olub ki, Səidə Tağıyeva məktəbimizin müəllimi Səhər xanımın bacısıdır. Səhər xanım müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı çox zəif nəticə göstərib. Ona görə də onun dərs saatları alınaraq həmin təhqir olunmuş müəllimlərə paylanıb. Direktora olan bu hücumun və yoxlamanın arxasında direktoru qorxudaraq bacısının dərs yükünün qaytarılması məqsədi güdülürmüş.

Artıq özünü Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi kimi təqdim edib saxta professor vəsiqəsi göstərərək məktəbin altını üstünə çevirən bu “dələduz” xanımın fəaliyyəti ilə bağlı direktor Elnur Qasımov tərəfindən Gəncə Dövlət Universitetinin rektoruna məlumat verilib.

Gözləyək görək, Təhsil Naziri Mikayıl Cabbarov və Gəncə Dövlət Universitetinin rəhbərliyi məktəb müəllimlərinin əsəbləri ilə oynayan ,onları komissiya adı ilə qorxudan bu saxta professor dələduz xanım haqqında hansı tədbiri görəcək?

Ortaya maraqlı bir sual çıxır:Nə üçün məktəbimizin direktoru Elnur müəllim bu olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmir?Bəlkə,torbada pişik var,müəllimləri qorxutmaq üçün bu ssenarini Elnur Qasımov özü cızıb.

Hər halda Təhsil Nazirliyi bu məsələni araşdırsa ,bütün həqiqətlər ortaya çıxacaq.

Hörmətlə: Gəncə şəhəri,14 saylı tam orta məktəbin bir qrup müəllimi.

Əhmədova Sucayət Nəriman qızı
Qoşqarova Məleykə Paşa qızı
Rüstəmova İlhamə Rüstəm qızı
Əliyeva Sadəgül Bala qızı"
Xeberdar.net
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.