400 minlik toyu olan məmur qızı Aysel təhqir etdi: “Gedin, anqırın”

31-10-2017, 00:57           
400 minlik toyu olan məmur qızı Aysel təhqir etdi: “Gedin, anqırın”
Bakı Lift İdarəsi rəisinin qızı Aysel Şükürova izləyicisini təhqir edib.

A24.Az xəbər verir ki, Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürova “İnstagram” səhifəsində ona lağ edən izləyiclərini təhqir və tənqid edib. Xatırladaq ki, Aysel və Oktay bir müddət öncə etdikləri bahalı toy ilə gündəmə gələrək məşhurlaşıblar. Aysel sözügedən sosial şəbəkədə video paylaşıb və daha sonra izləyiciləri həmin videonu özlərinə məxsus şəkildə parodiya ediblər. Cütlüyün və oğlunu parodiya edən izləyicilərinə o, sərt sözlər deyərək onları təhqir edib:

“Bunların özünü lağa qoyan lazımdır. “Tapıçka” nədir? Diqqət, hörmət, izzət. Fanat belə olar. Səhər-səhər ət tökmək istəyənlər üçün evdə qalmış qızlardan şit bir video. Sinsi ilanlar. Tik-taklar. Gör nə vəziyyətdir ki, dəlixanada bunlara yiyə durmaz. Vaxtın olanda özünə hörmət elə. Uğurun ağzını əyən anasından doğmayıb. Sənin ağzına elə əyərəm ki, burdaki kimi əyri qalar. Gedin anqırın. tayınızı tapın, şəxsiyyətsizlər. Qabiliyyətinizə sizin elə…”, – deyə A.Şükürova qeyd edib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.