GDU-da korrupsiya yenə öz ampulasındadır - YENİLƏNDİ
31-10-2017, 17:42
Gəncədə 3 saylı peşə liseyində maliyyə yoxlaması aparan təftiş komissiyanın lisey direktorunun bir neçə iş yerinin olmasından xəbəri varmı?
Gəncənin 3 saylı peşə liseyinə bir il öncə direktor təyin olunan Fazil İsmayılov, bu gün işlədiyi az müddətdə qalmaqallarla bağlı yaddaqalan rəhbər işçilər sırasındadır. Belə ki, Fazil İsmayıl oğlu İsmayılovun adı əvvəllər də, elə indinin özündə də GDU-nun iqtisadiyyatın idarəetməsi kafedrasında müəllim kimi getməklə bərabər, bu gün də o, 3saylı peşə liseyinin direktor vəzifəsində çalışır.
1saylı və 2 saylı peşə məktəblərinin, həmçinin 3 saylı peşə liseyinin birləşməsindən sonra, liseylərə ümumi direktor təyin olunan Fazil İsmayılov, bu gün də 1saylı peşə məktəbinin 0,5 ştat vahidi üzrə direktorudur.
Adı GDU-nun iqtisadiyyat fakultəsində dərs keçən müəllim kimi gedən və peşə liseyinin 1,5 ştat vahidi ilə "generalnı" direktoru olan bu müəllimin hansı zaman kəsiyində universitetdə olması yox, sadəcə görünməsi artıq absud məsələdir. Bu faktla bağlı GDU-nun iqtisadiyyatda idarəetmə kafedrasının müdiri Zakir Abbasov ilə saxladıqda o, cavabında bildirdi ki, “builki tədris ilində Fazil İsmayılovın dərs yükünün iqtisadiyyat fakultəsində deyil, magistratura şöbəsində olması səbəbindən, bu gün o, orada dərs keçir. Görəsən 1,5 ştat vahidi üzrə direktorlar direktoru vəzifəsini daşıyan F.İsmayılovun, görəsən adı çəkilən universitetdə hansı zaman kəsiyində dərs keçmək imkanı olur? İşin maraqlı hissəsi ondan ibarətdir ki, hələ ötən tədris ilindən universitetin iqtisadiyyat fakultəsinin müəllimi kimi maaş almış, universitetə isə dərs keçmək üçün gəlməsi artıq sual altına alınır. Hələ ötən tədris ilində GDU-nun elmi katibi Teymur İsmayılovun sevimlisi olan F. İsmayılovun dosent olaraq adının GDU-nun iqtisadiyyatda idarəetmə kafedrasının müəllimi kimi getməsi və iqtisadiyyat fakultəsində dərs keçmədən maaş alması, nə kafedra müdiri Zakir Abbasovu, nə də ki, iqtisadiyyat fakultəsinin dekanı Ş. Xurşudovu narahat etmədi. Bütün hallarda isə bu kimi məsələrlə bağlı universitet rəhbərliyinin mövqeyi ilə maraqlanmaq istəsək də, buna nail ola bilmədik. Belə məsələlər TN-nə qədər gedib cıxsa da, sanki adi hal kimi qarşılanır. Sadəcə bir sual çıxır, bu gün liseydə maliyyə yoxlaması gedir, görəsən maliyyəni yoxlayan təftiş komissiysasının lap başdan lisey direktorun hər üç vəzifədə çalışmaq imkanının zaman baxımından mümkün olmasına münasibəti necədir ?
Fransız əsərindəki kimi Fiqaro orda, ya burda olub olmaması artıq cavabsız qalır.
GDU-da korrupsiya yenə öz ampulasındadır
P.S. Ümumiyyətlə bütün zamanlarda olduğu kimi indi də dərs ilini qalmaqalla başlayan GDU-nun universitet daxili problemləri bitmək bilmir. Qalmaqalsız keçinə bilməyən bu təhsil ocağında baş verənlərə isə, hələlik TN-i tərəfindən əhəmiyyət verilmir. Necə deyərlər dəyirman öz bildiyini edir. Qalmaqalları yaradan və ya qalmaqalın belə deyək ssenaristi isə universitetin daxilindəki vəzifə sahibləridirlər ki, bu gün onlar dövlətin təhsilə ayırdığı vəsait hesabına elm-təhsil sahəsində hansısa nailiyyətlər əldə etmək, ölkə başçısının tövsiyələrinə qulaq asıb kadr yetişdirmək haqqında fikirləşmirlər. Belələri bu gün nəinki GDU-da, digər sahələrdə də özünü tam əminliklə yerləşdirib, hətta ətrafına müvafiq "kadrlar" da yığa bilib. Belə bir misalda var, “anasını göstər onun qızının necəliyini deyim”.
Məlumat üçün bildiririk ki, ölkədə təhsil sahəsinin nəzdində fəaliyyət göstərən yeni bir qurum fəaliyyətə başlayıb. Bu qurum Peşə Təhsili üzrə Dövlət Agentliyi adlanır ki, hazırda onun direktoru Famil Mustafayev adlı şəxsdir. Fazil İsmayılovun GDU-da işləməsi və ya dərs keçməsi üçün razılıq məktubunun verib-verməməsi hələ ki, məlum deyil. Bu şəxsin əvəzolunmaz işçi kimi daha bir iş yerində razılıq məktubu olmadan çalışması, Əmək Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Bu da GDU-da bu gün də də korrupsiyanın tüğyan etməsindən xəbər verir. İndi isə bir az haşiyəyə çıxmaqla fikrə getməli olacağıq. Demək dövlət büdcəsi bu və ya digər şəkildə kimlərin sayəsində yenə də talan olunmaqdadır
Mehriban Əzizqızı
GundemXeber.Az
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyni dərc edə bilərik!
teref.az
Teref .info ilə əlaqə saxlayan GDU -nun mətbuat və ictimayətlə əlaqələr şöbəsinin rəhbəri Rauf Haciyev məqalədə toxunulan məsələlərin hamısının həqiqətə söykənmədiyini və onlarda bütün bunların düz olamdığını sübut edən sənədlərin olduğunu dedi.
teref.az