ÇİNARƏ NİYƏ İNTİHAR ETDİ VƏ YA FƏRZƏLİ VƏ KƏMALƏ QƏDİROVLARIN TƏHSILDƏ NAILIYYƏTLƏRI VƏ “QƏHRƏMANLIQLARI”

2-11-2017, 13:49           
ÇİNARƏ NİYƏ İNTİHAR ETDİ VƏ YA FƏRZƏLİ VƏ KƏMALƏ QƏDİROVLARIN TƏHSILDƏ NAILIYYƏTLƏRI VƏ “QƏHRƏMANLIQLARI”
teref.az-nun poçtuna daxil olan bu ananın harayını sakitliklə oxumaq olmur. Şikayəti yazan ana indi cəmiyyəti maraqlandıran ən aktual problemlərdən birinə toxunub. Şikayətçi yuazır:
FƏRZƏLİ VƏ KƏMALƏ QƏDİROVLARIN TƏHSILDƏ NAILIYYƏTLƏRI VƏ “QƏHRƏMANLIQLARI”
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR
HÖRMƏTLI CANAB QARALOV Z.B.,
Mən dəfələrlə qaynar xəttə müraciət etmişəm, heç bir səs-səmir yoxdur, Nəsimi rayonundakı 164 №-li məktəbin direktoru Kəmalə Qədirova, onunla birlikdə, bildiyini eləyən, özbaşınalıqla məşğul olan müəllimlər işləməyə davam edirlər.
05.02.2014-cü ildə mənim qızım Əliyeva Çinarə Samir qızı intihar edib. İşə Bakı şəhəri Nəsimi rayon prokurorluğunda baxılıb. Qızım ölümqabağı kağız qoyub, sağlam düşüncəylə açıq-aşkar məktəbi ittiham edib. İş bağlandıqdan sonra mən hansısa sənədlərə qol çəkdim. Elə əvvəldən mən hiss elədim ki, məlum olan səbəblərə görə (direktor Qədirova Kəmalənin əri Fərzəli Qədirov Təhsil nazirliyində şöbə müdiridir), işə lazımi səviyyədə baxılmayacaq. İndi direktor Kəmalə Qədirova və sinif rəhbəri İsmayılova Cəmilə heç nə olmayıbmış kimi işlərini davam edirlər. Belə şey ola bilərmi? Yaşınızı, qanunlara vaqif olmanızı, peşəkarlığınızı nəzərə alaraq düşünürəm Siz yaxşı bilirsiniz ki, əvvəllər bu çür fövqəladə hadisəyə görə azı işdən azad edərdilər. Xahiş edirəm, mənim Sizə müraciətimi kiçik məsələ saymayın.
Mənim yerimdə olan valideynlər nə edərdilər? Doğrudanmı Kalaşnikov avtomatıyla girərdilər məktəbə? Sizdən bu işi araşdırmanızı artıq dərəcədə xahiş edirəm.
Əgər bu faktlar kifayət deyilsə, yalnız gözləmək qalır ki, məktəblərdə tualetdə geroin satacaq və zorlayacaqlar. Təhsil Nazirliyi tərəfindən rəsmi qadağaya baxmayaraq məktəblərdə hicabda gəlməyə davam edilir.
Özbaşınalıq faktları göz qabağındadır. Mən öz müraciətimdə Təhsil naziri Mikayıl Cabbarova hər şeyi yazmışam, amma mənə indiyəcən zəng belə edilməyib. Mən orda baş verənlərin onda birini bildirmişəm.
Hər şeydən göründüyü kimi məktəb mafiyası son dərəcədə güclüdür. Bütün qeyd etdiklərimin heç bir sənədə və sübuta belə ehtiyacı yoxdur. Bu özbaşınalıq illərdir ki hamımızın gözü önündədir. Müəllimlərin valideynləri soyub-talaması, məktəb direktorlarına, onların isə nazirliyə rüşvət verməsi heç kimə sirr deyil. Hələ üstəlik büdcə pullarının yeyilməsi və sair. Düşünürəm ki korrupsiya piramidasının şifrəsini açarkən Amerikanı təzədən kəşf eləməmişəm.
Müəllimlərin məktəbdə dərs saatı almaq üçün bir neçə min manat xərcləməsi heç kəsə sirr deyil. Bunu alanlar da hamıya yaxşı məlumdur. Bu xərci çıxarmaq üçün onlar uşaqların başına oyun açır və bu pulu valideynlərdən qoparırlar. Düşünürəm ki, məktəbdə yüngül əxlaqlı qadınların da işləməsində təəccüblü heç nə yoxdur. Bütün bunlar faktlardır, elə-belə sözlər deyil.
İndi isə təhsil nazirliyində kadr təmizlənməsi getmədən, həmin müəllimlərin, fırıldaqçı, rüşvətxor kadrların maaşı iki dəfə artırılıb. Elə çıxır ki, işə təyin olmaq üçün rüşvət də artacaq. Təbiidir ki, onlar nəyin bağasına olsun öz yerlərində qalmaq üçün hər şey edəcəklər.
Direktor Kəmalə Qədirovanın əri Təhsil Nazirliyində işləyir. Yəqin Qədirova bu ÇP-dən sonra buna görə hələ də məktəbdə işləyir. Bu mümkündürmü? Və bu hadisədən sonra neçə il bunlar vəzifələrində qalacaqlar?
Çinarənin ölümqabağı məktubu
Rufa, sən yaxşı anasan. Heç nəyi aydınlaşdirma. Sadəcə məni dəfn elə. Bu, hər ehtimala qarşı ölümündən qabaq yazdığım maktubdur. Bizim sinifdə məktəbdə türmə qanunlarıdır. Mənim xarakterimlə heç nə alınmayacaq. Həyatına davam et. Emilyaya görə. Çinarə.


Hörmətlə, Hacıyeva Rufanə İslam qızı 21.09.2014
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.